Bilal Həsənli Nazilə Abdullazadə


B.A.Həsənli, N.Ə.Abdullazadə, 2015



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 B.A.Həsənli, N.Ə.Abdullazadə, 2015
 



Giriş 
 
İfadəli oxunun gənc nəslin ədəbi təhsilində, tərbiyəsində və 
inkişafında rolu böyükdür. Lakin uzun illər ərzində məktəb proq-
ramlarında şagirdlərin emosional, mənəvi-estetik inkişafında mü-
hüm rol oynayan ifadəli oxu dərslərinin keçilməsinə dərs saatları 
ayrılmadığından ümumtəhsil məktəblərində bu məsələyə lazımınca 
diqqət yetirilməmiş, şagirdlərdə ifadəli oxu bacarıqları formalaş-
dırılması üzrə işlər kölgədə qalmışdır. Lakin bu bir həqiqətdir ki
yalnız nəzəri biliklərə yiyələnmək insanın mənəvi-estetik idealla-
rının formalaşmasına gətirib çıxarmır. Gənc nəsildə emosionallığın,
hislərin tərbiyəsi mənəvi-estetik inkişafın mühüm şərtidir. 
Pedaqoji ali məktəblərin filologiya və ibtidai təhsilin peda-
qogikası və metodikası fakültələrində tədris olunan “İfadəli oxudan 
praktikum” fənninin əsas məqsədi tələbələri səslənən söz sənəti ilə 
bağlı biliklərə yiyələndirmək, onlarda müəyyən ifaçılıq bacarıqları 
formalaşdırmaqdır. Tələbə təcrübi məşğələlərdə səslənən söz 
sənətinin özünəməxsus xüsusiyyətlərini aydınlaşdırmağa imkan 
verən nəzəri bilikləri mənimsəməli, müvafiq elmi ədəbiyyatdan baş 
çıxarmalıdır. Tələbə ifadəli oxunun keyfiyyətini qiymətləndirməyi
nəticə etibarilə müxtəlif janrlarda olan əsərləri ifadəli oxumağı 
bacarmalıdır.
Məktəbdə müxtəlif ədəbi gecələr, teatr tamaşaları, səhnələş-
dirmələr təşkil edən, şagirdlərə ana dilinin zəngin xəzinəsindən 
bəhrələnərək canlı, ifadəli danışmağı öyrədən müəllim ilk növbədə 
özü ifadəli oxunun nəzəri və praktik məsələlərindən baş çıxarmalı, 
həmin bacarıqlara praktik şəkildə yiyələnməlidir. 
Ümumtəhsil məktəblərində tətbiq olunan fənn kurikulumunda 
şagirdlərin ifadəli oxu bacarıqlarına yiyələnməsinə xüsusi diqqət 
yetirilmiş, V-IX siniflərdə oxu ilə bağlı standartların reallaşdırılması 
məqsədəuyğun sayılmışdır. Bu, tələbələrin gələcək müəllimlik 
fəaliyyətinə hazırlıq dövründə ifadəli oxu təlimi metodikasına 
yiyələnməsini də zəruri edir. İfadəli oxu üzrə praktikum tələbələrin 
həm də ifadəli oxunun tədrisi metodikasına yiyələnməsi üçün 
nəzərdə tutulmuşdur. 
Praktik məşğələlərin təşkili tələbələrin fənn üzrə nəzəri bilik-



lərə yiyələnməsinə əsaslanmalıdır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin