26
Məlumdur ki, ifadəli oxu bacarıqlarının təkmilləşdirilməsi üzrə
iş ifa üçün seçilmiş əsərin ideya-mövzu, janr baxımından təhlilinə
əsaslanmaqla aparılır. Əsərin təhlilində buraxılan səhv onun ideya-
məzmununun, sənətkarlıq xüsusiyyətlərinin təhrif olunmuş şəkildə,
bəsit qavranılmasına səbəb olur ki, bu
da nəticə etibarilə ifadəli
oxuya mənfi təsir göstərir. Misranın, cümlənin, hətta bir sözün belə
sönük tələffüzü, fikrin solğun səsləndirilməsi ifaçının ifadəli oxu
bacarıqlarına yiyələnmədiyini, eləcə də əsərin ideya-məzmununu
dərindən qavramadığını göstərir.
Bədii əsərin ideya-məzmunu, sənətkarlıq
xüsusiyyətlərinin
təhlili üzrə işin səmərəli olub-olmaması əksər hallarda ifadəli oxu
zamanı üzə çıxır. M.P.Vaqifin həyatının son dövründə yazdığı
“Görmədim” müxəmməsinin təhlili zamanı bəzən sənətkarın yalnız
bədbinliyindən, məyusluğundan, keçirdiyi sarsıntılardan söz açılır,
həmin əsər şairin zəmanədən, taledən küskün əhval-ruhiyyəsinin
nəticəsi kimi təqdim edilir. Halbuki şeirdə şair ilk növbədə
ədalətdən uzaq cəmiyyəti qəlbinin dərinliklərindən
gələn etirazla
qamçılayır:
Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını,
Yola salmış, bil ki, bəzmi-işrətin çəndanını,
Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını,
Dönə-dönə imtahan etdim fələk dövranını,
Onda mən bərəkslikdən özgə adət görmədim.
Göründüyü kimi, bu şeirdə Vaqif hər şeydən əvvəl bir vətəndaş,
bir həqiqətpərəst kimi çıxış edir. Müxəmməs dünyanın ağalarına,
yalançı din xadimlərinə, ləyaqətsiz adamlara tutarlı bir ittihamna-
mədir. Həmin şikayətləri yalnız şəxsi narazılıq kimi qəbul etmək
düzgün olmazdı. Burada yığcam, lakin tutarlı şəkildə əsrin ictimai
səciyyəsi verilmişdir. “Kim qalıbdır ki, anın
qəm tökməyibdir
qanını” deyərkən Vaqif, əlbəttə, yalnız özünü düşünmürdü. Burada
Vaqifin dərin ictimai təəssüfü özünü açıqca göstərir.
Deməli, “Görmədim” müxəmməsinin təhlili zamanı bədbinlik
əhval-ruhiyyəsinin qabardılması, məhz bu ovqatın ifadəli oxu vasi-
təsilə dinləyiciyə çatdırılması səmərəli yol deyildir. Çünki böyük
bədii təsir və ümumiləşdirmə gücünə malik bu əsərdə “Belə dün-
27
yadan həzər etmək lazımdır” deyərkən şair heç də tərki-dünya ol-
maq istəmir. Onun səsindəki dərin məhvedici qəzəb dünyanı məkr
və xəyanətdən uzaq görmək arzusundan irəli gəlir. Vaqif bəd-
binləşmir. O, etiraz edir, yalan və ədalətsizlik dünyasına
meydan
oxuyur. Hissə qapılmadan, soyuq bir mühakimə ilə öz dövrünün
ictimai vəziyyətinə, sosial ziddiyyətlərinə qiymət verir. Şair özba-
şınalıq, ədalətsizlik, qanunsuzluq hökm sürən bir mühiti belə açıq
və amansız tənqid etməklə ona öz sonsuz nifrətini bildirir.
1
Təhlilin bu istiqamətdə aparılması ifadəli oxu zamanı ifaçılıq
vəzifələrinin, intonasiya çalarlarının düzgün müəyyənləşdirilməsinə
imkan verir.
Dostları ilə paylaş: