21
İFADƏLIİ OXUNUN TƏLİM-TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ
Ümumtəhsil məktəblərində ədəbiyyat təliminin məqsədi bədii
ədəbiyyat nümunələrini, tarixi-ədəbi prosesi öyrənmək, təhlil etmək,
qiymətləndirmək bacarığını formalaşdırmaqla şagirdlərin dünya-
görüşünü zənginləşdirmək, mənəvi-estetik inkişafını təmin etmək,
nitq mədəniyyətinə yiyələnmələrinə nail olmaqdır. Söz sənətinin
məktəbdə öyrədilməsi zamanı bədii zövqün formalaşdırılması diq-
qət mərkəzində saxlanılır, şagirdlərin estetik tərbiyəsi, həyatda,
insanda, təbiətdə, sənətdə olan gözəlliyi duymaq, qiymətləndirmək
bacarığı inkişaf etdirilir.
Dostları ilə paylaş: