Bədii ədəbiyyatın mütaliəsinin, o cümlədən ifadəli oxunun
1
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni
kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan dilində olan məktəblər
üçün) “Azərb. müəllimi” qəzeti, 24 dek. 2010 N 50.
2
Ягункова В.П. Формирование компонентов литературных способностей у
школьников V класса. В книге «Вопросы психологии способностей». Под
ред. В.А.Крутецкого. М.: Педагогика, 1973, с. 216.
3
Крутетский В.А. Основы педагогической психологии. М.: Просвещение,
1972,с. 255.
23
təfəkkürün, dünyagörüşünün inkişafında, fəal həyat mövqe-
yinin formalaşmasında rolu böyükdür.
Sinifdən-sinfə keçdikcə şagirdlərin təlim fəaliyyətinin xarakter
və formalarının dəyişilməsi daha yüksək səviyyədə zehni fəaliyyət
tələb edir. Onlar daha mürəkkəb cisim və hadisələri qavramaq, təhlil
etmək bacarığına yiyələnirlər. Şagirdlərin fikri fəaliyyətində təfək-
kürün konkret-obrazlı (əyani) komponentləri ilə yanaşı, mücərrəd
təfəkkür inkişaf edir. Bu cəhət nəzərə alınaraq ədəbiyyat təlimi pro-
sesində şagirdlərin intellektual imkanlarından səmərəli istifadə et-
mək, yaradıcı təfəkkürün inkişafı, söz sənətinin qavranılması üçün
əlverişli şərait yaratmaq lazımdır.
ABŞ-ın Atlanta Universitetinin alimləri uşaqlara daha çox
bədii ədəbiyyat oxumağı məsləhət görür. Alimlər apardıqları təd-
qiqatlar nəticəsində müəyyən ediblər ki, bədii ədəbiyyata dair
kitabların oxunması insan beyninə müsbət təsir edir. Tədqiqatçılar
21 könüllüyə hər gün Robert Xarrisin real hadisələrdən
bəhs olunan "Pompey" romanından 30 səhifə oxumağı təklif edib-
lər. Araşdırmalar baş beyin kürəsinin sol hissəsində aktivləşmənin
baş verdiyini və onun sonrakı dövrdə də davam etdiyini müəyyən
edib.
Beyindəki dəyişikliklərin təsiri ilə oxucu özünü roman
qəhrəmanı kimi hiss etməyə başlayır. Bədii əsərlər insana özünü
real, bioloji səviyyədə yaxşı hiss etməyə kömək edir. Oksford
Universitetinin alimləri isə müəyyən ediblər ki, oxu zamanı işə
düşən mexanizmlər orqanizmə təsir edir. Öz növbəsində Susseks
Universitetinin araşdırmaçıları sübut ediblər ki, 6 dəqiqəlik mütaliə
insan streslərinin səviyyəsini 2\3 dəfə azaldır.
1
Tədqiqatlar göstərir ki, təfəkkürün inkişafına nitq ünsiyyəti
ciddi təsir göstərir. Çünki təfəkkürün başlıca xüsusiyyətləri – onun
vasitəli inikas olması və mücərrədliyi məhz dil materialları sayə-
sində mümkün olur. Bu mənada deyilir ki, normal adamın təfəkkürü
nitqlə üzvi surətdə əlaqədardır. Bu və ya digər fikir dildən, nitqdən
xaricdə mövcud ola bilməz, həm də yaranmaz. Çünki biz sözlərin
köməyi ilə fikirləşirik, bu halda təfəkkür nitq vasitəsilə həyata
1
http://www.muallim. edu.az/arxiv/2014/03/32.htm
24
keçirilir. Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə
çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində
təşəkkül edir, formalaşır.
1
Yeniyetməlik dövrü şagirdlərin mənəvi inkişafında, əxlaqi-etik
davranış normalarına yiyələnmələrində mühüm mərhələdir. Mək-
təblilər bu dövrdə onları əhatə edən şəxslərin, oxuduqları bədii əsər-
lərin qəhrəmanlarının əxlaqi-psixoloji xüsusiyyətlərini dərk etməyə
çalışırlar. Onlar öz şəxsiyyətlərini (xarakterlərini, qabiliyyətlərini,
hislərini, fəaliyyət motivlərini) dərketmə prosesində özlərini başqa-
ları ilə müqayisə edir, nümunə axtarmağa başlayır və bu nümunə
vasitəsilə özünütərbiyəyə səy göstərirlər.
2
İfadəli oxu zamanı ifaçı əsərdə təsvir olunan həyata, insan
talelərinə nüfuz edir, sənətkarın, qəhrəmanların fikir, hiss və
düşüncələrinin mahiyyətinə varır, onları təhlil süzgəcindən keçi-
rərək münasibət bildirir, öz mövqeyini dəqiqləşdirir. Bu, ifaçının
daxili aləmini, mənəvi təsəvvürlərini, dünyagörüşünü zənginləşdirir.
İfaçı bədii mətni ifadəli oxuyarkən əsərin ideya-məzmununu daha
dərindən qavrayır və müasirlik baxımından dəyərləndirərək, “özü-
nünküləşdirərək” dinləyicilərə çatdırır. Bu da onda mənəvi-estetik
dəyərlərin, vətəndaşlıq mövqeyinin formalaşmasına müsbət təsir
göstərir.
Şagirdlərin mənəvi-estetik inkişafı onlarda tənqidi təfəkkürlə
yanaşı, bədii şüurun, düşüncənin formalaşdırılmasına, hiss və duy-
ğuların formalaşdırılmasına xüsusi diqqət yetirməyi tələb edir. Gənc
nəsil məhz emosiyaların, hislərin tərbiyəsi zəminində ədəbiyyat
dərslərində vətənpərvərlik, soykökünə bağlılıq, ana dilinə məhəbbət,
həqiqətə, halallığa, əməyə, təbiətə, xeyirxahlığa, gözəlliyə bağlılıq,
mütaliəyə mənəvi tələbat və s. əxlaqi sifətlərə dərindən yiyələnə
bilər.
İfadəli oxu şagirdlərin təxəyyülünə, xarakterinə, maraqlarına
1
Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı: Çinar-
çap. 2009, s.359.
2
Божович Л.И., Славина Л.С. Психическое развитие ребенка и ее вос-
питание. (Новое в жизни, науке и технике). Серия педагогики и психологии.
М.: Знание, 1979, N 12. с. 96.
25
müsbət təsir edir. Məktəblilərdə emosional həssaslıq, yaradıcı
təxəyyül, diqqət, müşahidə qabiliyyəti inkişaf edir.
Dostları ilə paylaş: |