58
VII sinif
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii əsərləri (dastan, hekayə,
mənzum hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.
VIII sinif
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümu-
nələri (dastan, hekayə, novella, dram, poema) ideya- məzmununa
uyğun ifadəli oxuyur.
IX sinif
1.1.2. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri, süjetli bədii
nümunələri (hekayə, povest, roman, dram, poema)
ideya-məzmu-
nuna uyğun ifadəli oxuyur.
Kurikulum əsasında yazılmış V, VII siniflər üçün yeni nəsil
ədəbiyyat dərsliklərində şagirdlərdə ifadəli oxu bacarıqlarının for-
malaşdırılması diqqət mərkəzində saxlanılmış,
fənn müəllimlərinə
kömək məqsədilə ilk dəfə olaraq ayrıca ifadəli oxu dərsi nümunələri
işlənilmiş, ifadəli oxu ilə bağlı sual və tapşırıqlar, testlər sistemi
hazırlanmışdır.
1
Müəlliflər fənn müəllimlərin diqqətini ifadəli oxu üzrə məşğə-
lələrin təşkilinin səmərəli yollarına cəlb edərək yazırlar: “Şagird-
lərin şifahi nitqinin inkişaf etdirilməsi ilə sıx bağlı
olan mühüm
məsələlərdən biri də ifadəli oxu bacarıqlarının aşılanmasıdır. Mə-
lumdur ki, mətnin şagird tərəfindən ifadəli oxusu yalnız əsərin
ideya-məzmunu, qəhrəmanların
səciyyəsi, müəllifin niyyəti aydın
dərk edildikdən sonra həyata keçirilə bilər. Əsərin məzmununun
öyrənilməsi üzrə dərslərdə müəllimin nümunəvi ifadəli oxusu və ya
bədii oxu ustasının ifasının dinlənilməsi məqsədəuyğundur.“
2
1
Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat.
Ümumtəhsil
məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2014. Həsənli B., Hüseynoğlu
S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. 5-ci sinif. Müəllim üçün metodik vəsait.Bakı:
Bakınəşr, 2014. Hüseynoğlu S., Həsənli B.A., Mustafayeva A., Məmmədova S.
Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2014.
Həsənli B., Hüseynoğlu S., Mustafayeva A., Məmmədova S. Ədəbiyyat. 7-ci sinif.
Müəllim üçün
metodik vəsait.Bakı: Bakınəşr, 2014.
2
Həsənli B., Hüseynoğlu S., Mustafayeva A., Məmmədova S. Ədəbiyyat. 7-ci sinif.
Müəllim üçün metodik vəsait.Bakı: Bakınəşr, 2014, s.9.