34
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım?
Gözündən su içək buz bulaqların.
Lilpar olan yerdə dolça nə lazım?
Nə qaval götürək, nə tar, nə kaman,
Orda nəğmə də var, nəğməkar da var,
Yarıb buludları
dinəndə qartal
O səsə bərabər bir səs harda var?!
Lakin estetik hislər yalnız həyatdakı, bədii əsərdəki gözəlliyin
qavranılması ilə yaranmır. Bədii ədəbiyyat təkcə həyatdakı gözəlliyi
deyil, həyatı bütün rəngləri, çalarları, xeyiri, şəri ilə təsvir edir.
Sənətkar bədii əsərdə həyatdakı eybəcərlikdən,
mənfi tiplərdən də
söz açır. Bu zaman o, eybəcərliklə mübarizədə gözəlliyi, öz estetik
idealını təsdiqləyir. C.Məmmədquluzadə, M.Ə.Sabir həyatın
dibində yaşayan insanların faciələrini əks etdirməklə, bu faciələrin
baiskarlarının – Xudayar bəyin, Şeyx Nəsrullahın,
fəhləni insan
saymayan zavod, mədən sahibinin, əkinçini dilənçi kökünə salan
mülkədarın iç üzünü göstərib həyatın sərt, acı həqiqətlərini
aşkarlamaqla əslində öz estetik ideallarından,
həyatda gözəlliyin
qələbəsinin zəruriliyindən söz açmışlar.
Dostları ilə paylaş: