60
Lakin nitq mürəkkəb prosesdir, fəal nitq prosesinə insanın bu
və ya digər dərəcədə bir çox orqanları cəlb edilir. İ.P.Pavlov nitqi
ikinci siqnal sistemi, sözü isə siqnallar siqnalı adlandırırdı. Lakin
bunun üçün deyilən söz başa düşülməlidir. Bilmədiyimiz əcnəbi dil-
də deyilən söz siqnal funksiyası daşımır.
Nitq prosesi təfəkkür prosesi ilə sıx əlaqəlidir. İnsanın dəqiq,
məntiqi, ifadəli nitqə yiyələnməsi dedikdə, onun sadəcə nitq texni-
kasına (nəfəsalma, nəfəsvermə təmrinləri, səsin aydın tələffüzü
(diksiya) yiyələnməsini deyil, fikir, hiss, təxəyyül kimi psixi proses-
lərlə bağlı təmrinləri nəzərdə tuturlar. Onlar nitq aparatını, danışıq
üzvlərini hərəkətə gətirir, tələffüz prosesini danışanın iradəsinə tabe
edirlər.
Dostları ilə paylaş: