İfaçılıq sənətinin özünəməxsusluğu
bədii əsərdə təsvir edilən-
lərin səslənən sözlə yaradıcı şəkildə canlandırılması, dinləyiciyə
çatdırılmasındadır. Bu zaman müəllifin təsvir etdiyi həyat hadisələ-
rinin dinləyicinin təxəyyülünə təsir etməklə göz önündə canlandırıl-
ması, yaşanması, qiymətləndirilməsi təmin edilir. Bu isə asan
məsələ deyildir.
L.N.Tolstoy nitqin anlaşıqlı olmasından bəhs edərkən qeyd
edirdi ki, anladığın bir şeyi başqalarının da sənin kimi qavraması
üçün onu sözlərlə ifadə etmək çətin bir işdir və həmişə lazım və
mümkün olan ifadə tərzinə hələ nail olmadığını hiss edirsən.
1
Şagird öz nitqində, o cümlədən ifadəli oxuda
düzgünlük,
dəqiqlik, ifadəlilik
tələblərinə riayət etməlidir. Düzgünlük şagirdin
öz fikir və hislərini ədəbi nitq normalarına əməl etməklə ifadə
etməsidir. Dəqiqlik – müxtəlif əşya və ya hadisə barədə danışarkən
eyni yaxın mənalı sözlər içərisindən fikri, mülahizəni daha dəqiq
çatdıran sözün seçilməsidir. İfadəlilik obrazlı söz və ifadələrdən,
sintaktik fiqurlardan, məcazi mənalı sözlərdən və s. istifadə etməklə
hadisə, qəhrəman, səhnənin göz önündə canlandırılması, emosional
qavranılmasına zəmin yaradılmasıdır. Bu vasitələr əsərdə təsvir
edilənləri ifadəli oxu zamanı təxəyyüldə daha aydın canlandırmağa
imkan verir.
İfadəli oxunın mahiyyəti aşağıdakılardan ibarətdir:
♦ Əsərdə təsvir olunanların dinləyicilər tərəfindən təsəvvür
edilməsininə nail olmaq;
♦ Müəllifin mövqeyini çatdırmaq;
♦ Müəllifin sənətkarlığı barədə dinləyicilərdə dolğun təsəvvür
yaratmaq;
♦ Oxunun başlıca ifadəlilik vasitəsi kimi intonasiyadan düzgün
və yerində istifadə etmək.
İfadəli oxu təliminin məqsəd və vəzifələrinin reallaşdırılma-
sı təlim prosesinə yeni yanaşma, ifadəli oxu bacarıqlarının
aşılanması üzrə sistemli iş tələb edir.
Görkəmli pedaqoq V.A.Suxomlinski yazırdı ki, əgər məktəbdə
1
Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı: Çinar–
çap, 2009, s.367.
16
mütaliəyə tələbat yoxdursa, bütün pedaqoji sistemlər dağılır. Bu
fikri cəsarətlə ədəbiyyat təlimində ifadəli oxuya da şamil etmək
mümkündür. Ədəbiyyat dərslərində şagirdlərə ifadəli oxu üzrə
bacarıqlar aşılanmırsa, bədii əsərin ideya-məzmunu, sənətkarlıq
xüsusiyyətlərinin daha dolğun, yaradıcı qavranılmasını təmin etmək
mümkün olmur.
M.A.Rıbnikova ifadəli oxunun sistemli aparılması tələbini irəli
sürərək qeyd edirdi ki, metodik sistem materialın bütövlükdə və
onun ayrı-ayrı hissələrinin başa düşülməsi, şagirdin qavrama və
inkişaf qanunauyğunluqlarının nəzərə alınması, sinifdən-sinfə keç-
dikcə ifadəli oxu vəzifələrinin mürəkkəbləşdirilməsi əsasında
yaradılmalıdır.
İfadəli oxu üzrə məşğələlərdə nitqin melodikasını, sintaktik
quruluşunu, fonetik əsaslarını, diksiyanı, tənəffüs (nəfəsalma, nəfəs-
vermə) qaydalarını bilməklə uğur qazanmaq olar. Eyni zamanda bu
prosesdə bədii əsərdə sənətkar niyyəti, mətnin dil-üslub xüsusiy-
yətləri aydın dərk edilməlidir.
Oxu bədii əsərlə tanışlığın ən sadə formasıdır. Lakin ifadəli
oxudan bəhs etdikdə bu sadəlikdən əsər-əlamət qalmır. Əsəri ifadəli
oxumaq asan deyildir, şagirdlər ilk mərhələdə hələ bunu bacarmır.
Amma məhz ifadəli oxu ifaçıya və dinləyiciyə güclü təsir edərək
əsərin bütün dərinliyini, emosional təbiətini açıb göstərir.
1
Kurikulumda şagirdlərin ifadəli oxu bacarıqlarına yiyələnməsi
ilə bağlı standartların reallaşdırılması ifadəli oxu dərslərinin, eləcə
də ayrı-ayrı əsərlərin öyrədilməsi zamanı ifadəli oxu ilə bağlı tap-
şırıqlar, təmrinlər sistemindən məqsədyönlü istifadəni zərurətə
çevirir. İfadəli oxu üzrə məşğələlərdə müasir dərsə verilən tələblər
nəzərə alınmalıdır.
İfadəli oxu üzrə məşğələlərdə bir-birini təkrarlayan bərpaedici
səciyyəli, lüzumsuz, şagirdə həyatda lazım olmayacaq faktlarla yük-
lənmiş söhbətlər, sorğular deyil, təlim materialını dərindən, şüurlu
qavramaq, dərk etmək, ifadəli oxu ilə bağlı yaradıcı fəaliyyət gös-
tərmək mühiti yaradılması zəruridir. Ədəbiyyat dərslərində müxtəlif
1
Рыбникова М.А. Очерки по методике литературного чтения. М.:
Просвещениe, 1963, с. 51.
17
tipli şifahi və yazılı təmrinlər, müstəqil, yaradıcı çalışmalar sistemi
hər bir şagirdin nitqinin inkişafını, o cümlədən ifadəli oxu üzrə
bacarıqların formalaşdırılmasını təmin etməlidir.
Şagirdlərin şifahi nitqinin, o cümlədən ifadəli oxu bacarıqla-
rının inkişaf etdirilməsində stimullaşdırma, nitq situasiyalarının
zəmin rolu oynaması, mətndən, əyanilikdən, texniki vasitələrdən,
təsvir, nağıletmə, mühakimə səciyyəli çalışmalardan məqsədyönlü
istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir.
Ədəbiyyat dərslərində şagirdlərin nitq inkişafı üzrə işin
prinsipləri aşağıdakılardır:
♦ Nitq inkişafı üzrə işlərin şagirdlərin bədii əsər barədə
təəssüratları, şəxsi həyat təcrübəsi əsasında aparılması;
♦ Nitq inkişafı üzrə işlərin ardıcıl, sistemli aparılması;
♦ Nitq mədəniyyətinə yiyələnmə uzun və yaradıcı proses
olduğu üçün şagirdlərin bilik və bacarıqları yeni situasiyada tətbiq
etməyə alışdırılması;
♦ Nitq inkişafının şagirdlərin lüğət ehtiyatının zənginləşdiril-
məsi, plan tərtibi, çıxış hazırlanması, nağıletmənin müxtəlif növləri,
təhlil, müzakirə və s. praktik işlərlə üzvi vəhdətdə aparılması;
♦ Monoloji və dialoji, şifahi və yazılı nitqin inkişafı üzrə işlərin
əlaqələndirilməsi.
İstər şifahi, istərsə də yazılı nitqə dəqiqlik, aydınlıq, məntiqilik,
şərhin əsaslandırılması, ədəbi normalara uyğunluq, emosionallıq
tələbləri verilir.
Aparılmış tədqiqatlarda şagirdlərin öz imkanlarını reallaşdırıl-
ması üçün dərsdə öyrənməyə həvəs, təlimə müsbət münasibət, emo-
sional, idraki, intellektual baxımdan dəstək, işgüzar ünsiyyət situasi-
yası yaradılmasının əhəmiyyəti xüsusi qeyd edilir. Müəllimin dərsə
hansı ovqatla girməsi, psixoloji hazırlığı, mükəmməl ifadəli oxusu
çox əhəmiyyətlidir. Məktəblilərlə səmimi ünsiyyət, sənətkar, mü-
zakirə olunan problem, əsərin ifadəli oxusu ilə bağlı sərbəst fikir
mübadiləsi, sinifdənxaric iş elementlərindən, inteqrativ təlimin
imkanlarından - bədii oxu ustasının ifasının dinlənilməsi və müza-
kirəsi, ifadəli oxunu müşayiət edən musiqi parçalarının seçilməsi və
s. istifadə dərsdə emosional, işgüzar ab-hava yaratmağa kömək edir.
Müasir dərsdə müəllimin ifadəli oxu ilə bağlı nəzəri infor-
18
masiya ilə yüklənmiş monoloqu, çox vaxt aparan fərdi sorğular öz
yerini müəllim-şagird, şagird-şagird dialoquna, praktik tapşırıqların
icrasına və müzakirəsinə verir. Bu mənada müasir dərsi dialoq və
müzakirə dərsləri adlandırmaq daha məntiqlidir. Dərsdə tədqiq
olunan problemlə bağlı geniş müzakirələr, disputlar, debatlar təşkil
edilməli, alternativ fikirlər səslənməli, söylənilən mülahizələr əsas-
landırılmalıdır. Müəllim bu prosesdə sinifdəki bütün şagirdlərin fəal
iştirakına nail olmalı, suala cavab vermək, müzakirədə fikir söy-
ləməyə can atan heç bir şagird diqqətdən yayınmamalıdır. Təcrübə
göstərir ki, ifadəli oxu ilə bağlı tətbiq, yaradıcı iş, diskussiya
səciyyəli tapşırıqlar üzrə iş, müzakirələr şagirdin nitqinin inkişafına,
kommunikativ bacarıqların formalaşdırılmasına zəmin yaradır.
Şagirdlərə sadəcə bu və ya digər mövzuda əsərin ifadəli oxusu
ilə bağlı bilikləri mənimsətmək deyil, müstəqil ifaçılıq fəaliyyəti
göstərməyi öyrətmək, axtarıcılıq fəaliyyətinə, tədqiqat sualının, tə-
lim probleminin müstəqil qoyuluşu və həlli prosesinə cəlb etmək,
öyrənilənləri, öz ifasını və dinlədiklərini dəyərləndirməyi bacarma-
larına nail olmaq başlıca məqsədə çevrilməlidir. İfadəli oxu ilə bağlı
tədqiq edilən problem, tədqiqat sualı düşündürücü olmalı, şagirdi
seçim qarşısında, “yol ayrıcında” qoymalı, axtarışlara sövq et-
məlidir.
Tədqiqatlar sübut edir ki, təlim prosesi hər bir şagirdin qabiliy-
yəti, fərdi xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunarsa, sinifdəki
uşaqların 95 faizi təlim materialını tam mənimsəməyə qadirdir.
Deməli, şagirdlərin maraq və meyli, idraki qabiliyyətləri nəzərə
alınmaqla keçilən dərsin müasirliyindən danışmaq daha doğru olar.
Hazırda metodikada müəllimin bilik və bacarıqların dərsdə tələb
etməklə deyil, şagirdlərdə maraq oyatmaqla, motivasiya yaratmaqla,
fərdi xüsusiyyətləri nəzərə almaqla mənimsənilməsinə nail olmasına
xüsusi önəm verilir
Məlumdur ki, sinifdə şagird kollektivinin tərkibi yekrəng deyil,
adətən müxtəlif hazırlıq, qavrama səviyyəsinə malik fərdlərdən
ibarət olur. Dərsdə hər şagirdin fərdi inkişafı, ifadəli oxu ilə bağlı
yaradıcı potensialını üzə çıxarılması üçün münbit şərait yaradılması,
bilik və bacarıqlara, mənəvi dəyərlərə dərindən, şüurlu yiyələnməsi
müəllimin metodik ustalığından çox asılıdır.
19
Müasir dərs özündə həm də şagirdlərə diferensial yanaşmanı,
inklüzivliyi ehtiva edir. Məlumdur ki, inklüziv təlimin əsasını hər
bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. İnklüzilik – sağlamlıq
imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla yanaşı,
onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin
yaradılmasıdır. Bu baxımdan ifadəli oxu üzrə tapşırıqları diferensi-
allaşdırarkən xüsusi təlimə ehtiyacı olan şagirdlərlə iş texnologiya-
sının nəzərə alınması mühüm amildir.
Yeni təlim prinsipləri imkanları məhdud olan uşaqların ümumi
təhsil mühitinə inteqrasiyasını və ümumi proqram əsasında təhsil
almalarını tələb edir. İnklüziv təlimin əsasını hər bir şagirdə fərdi
yanaşma, hər bir uşağın tələbatların ödənilməsi ideyası təşkil edir.
Hər bir şagirdin ifadəli oxu təlimində uğur qazanması üçün o, tələb
olunan psixoloji yardım, diqqət və qayğı ilə əhatə olunmalıdır.
Təcrübə göstərir ki, ümumtəhsil məktəblərində müasir dərs-
lərdə fəal, interaktiv metodlardan (fasilələrlə oxu, proqnozlaşdırıl-
mış oxu, müzakirə və s.) məqsədyönlü istifadə şagirdlərin idraki
bacarıqlarının, ifadəli oxu üzrə tapşırıqların icrasında müstəqillik və
fəallığının artmasına, axtarıcılıq və tədqiqatçılığa cəlb olunmasına
geniş imkanlar açır.
Ədəbiyyat təlimində yaradıcı oxu metodunun priyomlarından
biri olan ifadəli oxuya geniş yer verilir. Tanınmış metodist
N.İ.Kudryaşev yazırdı ki, yaradıcı oxu metodu
Dostları ilə paylaş: |