Bilal Həsənli Nazilə Abdullazadə


İfadəli oxu bacarıqlarının formalaşdırılması müasir ədəbiy-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

İfadəli oxu bacarıqlarının formalaşdırılması müasir ədəbiy-
yat təliminin mühüm vəzifələrindən sayılır.
Azərbaycan Respub-
likasında ümumi təhsilin Milli Kirikulumu çərçivə sənədində qeyd 
edilir ki, şifahi nitqin inkişafı əsas götürülməklə şagirdlərin ünsiyyət 
bacarıqlarının formalaşdırılması, lüğət ehtiyatının zənginləşdiril-
məsi, ən zəruri qrammatik anlayışların və dil konstruksiyalarının 
mənimsənilməsi, dinləyib-anlama vərdişlərinin inkişafı təmin olu-
nur. Şagirdlərin bu zəmində kommunikativ bacarıqlara və ünsiyyət 
mədəniyyətinə yiyələnmələri zəruri sayılır. 
“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları 
(kurikulumları)” nda ədəbiyyat fənni üzrə ümumi orta və tam orta 
təhsil səviyyələri üçün ifadəli oxu ilə bağlı aşağıdakı ümumi təlim 
nəticələri müəyyən edilmişdir:
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird: 
♦ ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn 
məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional 
cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir; 
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 
♦ oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qav-
radığını nümayiş etdirir. 
Bu nəticələrin əldə edilməsi baxımından şagirdlərin psixoloji 
xüsusiyyətlərini nəzərə almaqla müxtəlif situasiyalarda tətbiq olu-
nan şifahi və yazılı nitqə aid nümunələr, sual və tapşırıqlar siste-
mindən istifadə faydalıdır. Bütün bunlar nəticə etibarilə kurikulu-
mun tələblərinə uyğun olaraq, şagirdlərin nitqini inkişaf etdirməyə –


22 
səsləri və sözləri düzgün tələffüz etmək, cümlə qurmaq, məntiqi 
vurğuya, ifadəliliyə əməl etmək, mətn tərtib etmək, informasiyanın 
məzmunu ilə əlaqədar hiss və həyəcanları, ideyanı çatdırmaq baca-
rığına yiyələnmələrinə imkan verir.
1
Məlumdur ki, bədii ədəbiyyat həyatı obrazlarla əks etdirən söz 
sənətidir. İncəsənətin bir növü kimi söz sənətinin bu özünəməxsus 
cəhəti dəyərli söz sənəti nümunələrinin “canlı” şəkildə səsləndiril-
məsini, təsirli ifa ilə dinləyicilərə çatdırılmasını tələb edir. İfadəli 
oxu vasitəsilə əsərdə təsvir edilən hadisələrin, həyat lövhələrinin, 
qəhrəmanların davranış və hərəkətlərinin, hiss və duyğularının göz 
önündə canlandırılması təmin edilir, sənətkarın və ifaçının təsvir 
edilənlərə münasibəti üzə çıxarılır, dinləyicilərin biliklərə daha də-
rindən yiyələnməsi, şifahi nitqlə bağlı yeni bacarıqlara yiyələnməsi 
təmin edilir. 
Şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsinə həsr 
olunmuş tədqiqatlar göstərir ki, orta təhsil pilləsində ədəbi qabiliy-
yətlərin formalaşması daha intensiv şəkildə gedir.
2
Bununla əlaqə-
dar, artıq müəyyənləşmiş qabiliyyətlərin hərtərəfli inkişaf etdiril-
məsi və bütün şagirdlərin maraq və qabiliyyətlərinin fəal şəkildə 
formalaşdırılması üçün şərait yaratmaq vəzifəsi qarşıda durur.
3
Məlum məsələdir ki, əsərin bədii dilini qavramayan, ondakı 
gözəlliyi, sənətkarlığı dərk etməyən şagird mətnin ideya-məzmu-
nundan da baş çıxarmayacaqdır. Mətndəki fikrin ifadəli oxu vasitə-
silə çatdırılmasının əsasında ifaçının oxuduqları ilə bağlı düşün-
cələri, hisləri, məramı dayanır. Şagirdlərdə bədii əsərin ideya-məz-
munu barədə aydın, dolğun təsəvvür yaratmaq üçün mətn maraqlı, 
cəlbedici, tərbiyəvi baxımdan əhəmiyyətli olmalıdır.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin