5
Praktik məşğələlərin planlaşdırılması
1
Ədəbiyyat dərslərində ifadəli oxunun əhəmiyyəti
“İfadəli oxudan praktikum” fənninin əsas məqsədinin
tələbələri
səslənən söz sənəti ilə bağlı biliklərə yiyələndirmək, onlarda müəy-
yən ifaçılıq bacarıqlarının formalaşdırılması olması.
İfadəli oxu metodikası üzrə məşğələlərin əsas vəzifələri. Müx-
təlif sinif şagirdlərinin yaş xüsusiyyətlərini nəzərə almaqla ifadəli
oxu təlimin metod və üsullarının tələbələrə öyrədilməsi; tələbələrin
səslənən söz sənətinin nəzəriyyəsi və tarixi haqqında
biliklərinin
dərinləşdirilməsi; tələbələrin ifaçılıq bacarığının təkmilləşdirilməsi;
bədii əsərdə təsvir edilənlərin səslənən sözlə yaradıcı şəkildə can-
landırılması, dinləyiciyə çatdırılması ifaçılıq sənətinin özünəməxsus
cəhəti kimi.
İfadəli oxu və nitqin didaktik və tərbiyəvi əhəmiyyəti.
İfadəli oxu bacarıqlarına yiyələnən şagirddə sözə həssas
münasibət, söz sənətinə məhəbbət oyanması. İfadəli
oxu əsərin
öyrədilməsinin, qavranılmasının mühüm vasitəsi kimi.
İfadəli oxu vasitəsilə ədəbiyyatşünaslıq məsələlərinin, bir sıra
ədəbi-nəzəri anlayışların mənimsədilməsi təmin edilməsi.
Məktəblilərin şifahi nitqinin inkişafı ilə bağlı vəzifələrin yerinə
yetirilməsində müntəzəm və sistemli ifadəli oxunun rolu.
İfadəli oxu şagirdlərin mənəvi-estetik tərbiyəsi, bədii inkişa-
fının mühüm amili kimi.
İfadəli oxu, obrazlı, emosional
sözün şagirdlərin bədii zöv-
qünü, emosinal duyumunu inkişaf etdirməsi, onlarda estetik hiss və
duyğular oyatması.
İfadəli oxu əmək tərbiyəsinin mühüm vasitəsi kimi. İfadəli oxu
prosesində hər bir şagirdin yaradıcı fəaliyyət göstərməsi, yaradıcı
əməyin sevincini, “yaradıcılıq əzablarını” duyması.
1
Praktikumun keçirilməsi üçün ayrılmış 46 saatın bu mövzular üzrə nəzəri biliklərin
mənimsənilməsi və praktik işlərin təşkilinə ayrılması tövsiyə olunur.
Bu məqsədlə hər
mövzu ilə bağlı konkret əsərlər, çalışmalar üzrə məşğələlərin də keçilməsi zəruridir.
Məsələn, Ədəbi əsərlərin ifaçılıq təhlili. 2 s.
Praktik iş: Bədii mətn əsasında ifaçılıq təhlili üzrə bacarıqların inkişaf etdirilməsi
(Ə.Kərim “Qaytar ana borcunu”) 2 s; Təmsillərin oxu xüsusiyyətləri 2 s.
Praktik iş: Q.Zakirin “ Sədaqətli dostlar haqqında” təmsilinin ifaçılıq təhlili 2 s.