Bilal Həsənli Nazilə Abdullazadə


ədəbiyyat təlimi  üçün daha çox səciyyəvidir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
ədəbiyyat təlimi 
üçün daha çox səciyyəvidir.
 
Bu metodun tətbiqi zamanı şagirdin 
bədii qavramasının fəallaşdırılması, bədii meyil və qabiliyyətlərin 
formalaşdırılması, obrazlı, bədii təfəkkürün inkişafı məqsədi qarşıya 
qoyulur. Yaradıcı oxu metodu şagirdi bədii sözü duymağa, ondan 
zövq almağa, ifadəli oxumağa, bədii yaradıcılıqda özünü sınamağa 
sövq edir.
1
Rus metodist alimləri məktəbdə şagirdlərin ifadəli oxusu-
nun təşkilində K.S.Stanislavskinin bədii oxu üzrə iş sistemini əsas 
götürürlər.
2
Həmin sistemə görə, oxu zamanı qəliblərdən qaçmaq, 
1
Методы обучения в современной школе. М: Просвещение, 1983, с.80-86. 
2
Методика выразительного чтения. Под. общ. ред. Т.Ф.Заводской. M: 1977, 
стр. 40. 


20 
sadəlik və təbiiliyə can atmaq zəruridir.
İncəsənət əsərini başa düşmək onu hiss etmək deməkdir. Bu 
baxımdan müəllimin, bədii oxu ustasının ifasını dinləyən şagirdin 
əsər barədə fikirlərini dərindən, məntiqli şəkildə əsaslandırmağa can 
atması vacib deyil. Əsas məsələ həmin ifa zamanı əsərin ideya-
məzmununun başa düşülməsində, bədii forma gözəlliyinin hiss 
edilməsindədir.Şagirdin ilkin qavraması əsərin təhlili, müzakirəsi 
zamanı dərinləşdirilir və ifadəli oxu bu zəmində həyata keçirilir. 
Əsərdə təsvir edilənləri səslənən sözlə başqasına çatdırmağı bacaran 
məktəblidə bədii zövq yaranır, ifadəli oxuya, söz sənətinə maraq 
artır.
 
 


21 
İFADƏLIİ OXUNUN TƏLİM-TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ
Ümumtəhsil məktəblərində ədəbiyyat təliminin məqsədi bədii 
ədəbiyyat nümunələrini, tarixi-ədəbi prosesi öyrənmək, təhlil etmək
qiymətləndirmək bacarığını formalaşdırmaqla şagirdlərin dünya-
görüşünü zənginləşdirmək, mənəvi-estetik inkişafını təmin etmək
nitq mədəniyyətinə yiyələnmələrinə nail olmaqdır. Söz sənətinin 
məktəbdə öyrədilməsi zamanı bədii zövqün formalaşdırılması diq-
qət mərkəzində saxlanılır, şagirdlərin estetik tərbiyəsi, həyatda, 
insanda, təbiətdə, sənətdə olan gözəlliyi duymaq, qiymətləndirmək 
bacarığı inkişaf etdirilir.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin