Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Psixoloji fasilə 
ilə məntiqi fasilə bir birindən fərqlənir. Belə ki, 
psixoloji fasilə qəhrəmanın, müəllifin həyəcanını,hislərini, məntiqi 
fasilə isə fikirlərini çatdırır. Gərgin vəziyyət, hadisənin gözlənilməz 
istiqamət alması söz və ya ifadəni cümlədəki başqa söz və ya ifadə-
lərdən ayırmaqla psixoloji fasilə vasitəsilə çatdırılır. Psixoloji fasilə 
məntiqi fasilədən daha uzun olub əsərin ideya-məzmunundan irəli 
gəlib oxucuda mətndəki mənaya uyğun emosional ovqat yaratmağa 
xidmət edir.
Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra bu ağrı 
və iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi. 
- İndi arxayın ölə bilərəm... Şükür Allaha, zənnim puça çıxdı… Yoxsa o 
dünyaya nisgilli gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən düşmədin... Başımı 
bir azca yuxarı qaldır.
(İ.Şıxlı)
Bir gün uşağa yeni bir fəlakət üz verdi. Qarınların birini sata bilməmişdi. 
Qorxudan qayıda bilmir, döngədə sallaya-sallaya əlində aparır və müştəri ça-
ğırırdı. Qəfildən bir qara it qarını alıb götürüldü. Divarı bayaq aşıb bağlar ara-
sında yox oldu... 
( Mir Cəlal) 
Şifahi nitqdə “qəfildən” sözündən sonra edilən psixoloji fasilə 
qəhrəmanın gözləmədiyi halda düşdüyü ağır vəziyyəti çatdırmaq 
üçün təsirli vasitədir. 
Psixoloji fasiləni (gərginliyi) göstərmək üçün yazılı mətndə 
əksər hallarda üç nöqtədən və ya tiredən istifadə olunur. Gücsüzlərə 
zülm edən, nahaq qanlar tökən, evlər yıxan Rüstəm bəyin intiqam 
hissi ilə coşub-daşmasını ifadəli oxu zamanı psixoloji fasilə ilə çat-
dırmaq mümkündür. 
Rüstəm bəy
(tək) – İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaç-
mamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir allahdan savayı heç 
kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd 
bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın 


84 
yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya 
sovurdum...İndi mən ağzından bir süd iyi gələn cavandan qorxacağam?! 
(Nəcəf 
bəy Vəzirov)
Qəhrəmanın nitqindəki gərginlik, dolaşıqlıq psixoloji fasilə 
vasitəsilə daha aydın nəzərə çatdırılır. Bu zaman yazıda üç nöqtədən 
və ya tiredən istifadə olunmaya da bilər: 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin