162
qeyri-normativ cümlələr, ellipsis hecaların, sözlərin buraxıl-
ması (ancaq təsəvvür olunan dil vahidi)
və s. istifadədə müəllif
niyyəti.
1
Lirik əsərlərdə şeir texnikasında mühüm şərtlərdən biri də
qafiyədir
. Mir Cəlal və P.Xəlilov yazır ki, misraların axırlarında
bir neçə hecanın ifadə, tələffüz, quruluş və ahəngcə bir-birinə uyğun
olmasına
əsaslanan qafiyə sadəcə, şəkli, formal cəhət deyildir.Bu,
müəyyən mətləbin, sözün vurğu ilə, təkidlə və möhkəm deyilməsinə
kömək edir.
A bimürvət, axə səndən ötəri,
Ah çəkməkdən bağrım qana dönübdür.
Qədd əyilib, gül irəngim saralıb,
Xəzan dəymiş gülüstana dönübdür.
Dindirirəm, danışmırsan, gülmürsən,
Xəbər alıb əhvalımı bilmirsən,
Endiribən məclisimə gəlmirsən,
Yoxsa taxtın Süleymana dönübdür?
Bu parçada aşığın giley-güzarı, “gülmürsən”, “əhvalımı bilmir-
sən,” “məclisimə gəlmirsən” kimi söz və ifadələr yalnız şəkil cəhət-
dən yox, məntiq, vurğu, sətirlər arasında uyğunluq, vəhdət cəhətdən
də şeirə gözəllik və qüvvət verir.
Sözün ahənglə deyilişindən yaranan qafiyələrə şifahi xalq ədə-
biyyatı nümunələrində, xüsusən atalar
sözlərində də rast gəlmək
olar:
Hər işini bab elə,
Görən desin ha belə.
2
Qafiyənin şifahi nitq, ifadəli oxu ilə bağlılığını Ə.Mirəhmədov
da qeyd edir: “Qafiyə - misranın sonunda və ya misra içində səscə
bir birinə uyğun , fonetik tərkibcə həmahəng və şeirə xüsusi
gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə
təşkilində qafiyə böyük rol oynayır. Çünki o həm səs və intonasiya
1
Azərbaycan dili. TQDK-nın nəşri. Bakı, 2010, s. 523.
2
Mir Cəlal, P.Xəlilov.Ədəbiyyatşünaslığın əsasları.Bakı:Maarif, 1988, s.103-104.
163
ilə,
həm vəznlə, həm leksika və sintaksislə, həm də şeirin bəndləri
ilə bağlıdır.
...Səslənmə dərəcəsi və səciyyəsinə
görə qafiyə bir neçə cür
olur: qüvvətli və zəif, dürüst və təxmini,
göz qafiyəsi, qulaq
qafiyəsi və s.”
1
İfadəli oxu zamanı
Dostları ilə paylaş: