Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


BİLET № 3 Qədim Hindistan və Çin fəlsəfəsi məktəbləri



Yüklə 63,51 Kb.
səhifə19/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#141037
1   ...   16   17   18   19   20   21   22   23   24
1.1-3.3

BİLET № 3



  1. Qədim Hindistan və Çin fəlsəfəsi məktəbləri.

Qədim Hindistanda fəlsəfənin meydana gəlməsi b.e.ə. təxminən I minilliyin ortalarına təsadüf edir (b.e.ə. Vl-V əsrlər).
Hind yazılı ədəbiyyatının ən qədim abidəsi Vedlər adlanır. Bu topluda dünya, insan, onun əxlaqı, dünyagörüşü haqqında ilk məlumatlar verilir. Vedlər dörd hissədən ibarətdir: 1) «Riqveda» (himnlər toplusu); 2) «Samaveda» (mahnılar toplusu); 3) «Yacurveda» (qurban vermə qaydalan); 4) «Atxarvaveda» (sehrləmə toplusu).
Bu toplulann da hər biri bir neçə qatdan ibarətdir. Bu qatların ikisi daha mühüm hesab edilir - mantrlar və brahmanlar. Mantrlar («ruhun alətləri») həm himn, həm qayda, həm də sehrləmə deməkdir. Brahmanlar isə dini mərasim haqqında təlimat və mifoloji süjetləri özündə birləşdirən mətnlərdir.
Brahmanlar elə mərasim toplusudur ki, kahinlər mürəkkəb dini qurban ayinlərini icra edərkən ona əsaslanırdı. Brahmanlarda deyilirdi ki, insanların allahlar, başqa insanlar və heyvanlar qarşısında da xüsusi borcu və vəzifələri var. Bu vəzifələr aşağıdakılara münasibətlərə görə qruplaşdırılır: 1) allahlara; 2) peyğəmbərlərə; 3) sələflərə (ulu babalara); 4) insanlara; 5) başqa aşağı canlı məxluqlara. Brahmanlara görə öz borcunu yerinə yetirən - yaxşı adamdır. Həyat - vəzifə və məsuliyyət deməkdir.
Brahman mütləq həqiqət və təmiz şüur olduğu üçün şüurdan törəyir. Brahmançılıq isə Brahmana qovuşmaq təcrübəsidir. Bu təlimə görə insan özünümüşahidə prosesində özünü dərk edir, o həm də bütöv Kainatı başa düşür. İdrak və varlıq eynidir, eyni mütləqin ayrılmaz aspektidir. Həqiqəti dərk etmək - həqiqətə çevrilmək deməkdir; belə ki, şəxsiyyətin mahiyyəti ilahiliyin özünü dərk etməsidir. Beləliklə, özünüdərk, xüsusən intuitiv özünüdərk insanı getdikcə daha çox Mütləqə birləşdirir. Brahman yalnız mütləq qüvvə və intellekt deyil, həm də mükəmməl səadət və hər bir rifahın mahiyyətidir. İnsanın qurtuluşu və yaxud xilası ilahi olmayan nə varsa hamısını aradan qaldırmaq yolu ilə mütləq səadətə qovuşmaqdır. Sonralar Brahmanlar əsasında yaranan mətnlərdən ən çox yayılanı upanişaddır. Bu söz sanskritcə İnədən ibarətdir: «upa» önsözü - yanında, yaxınlığında, «ni» - aşağıda, «şad» kökü - oturan, yəni öz müəlliminin ayaqlarının yanında oturan şagird deməkdir.

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin