Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


Mifoloji şüurun səciyyəvi cəhətini onun vahid, bütöv və sinkretik (parçalanmamış) xarakter daşıması təşkil edir



Yüklə 63,51 Kb.
səhifə4/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#141037
1   2   3   4   5   6   7   8   9   ...   24
1.1-3.3

Mifoloji şüurun səciyyəvi cəhətini onun vahid, bütöv və sinkretik (parçalanmamış) xarakter daşıması təşkil edir. Burada biliklərin rüşeymiəri, siyasi və dini etiqadlar, müxtəlif incəsənət sahələri və fəlsəfə birgə çıxış edirdi. Miflərdə təbiət və cəmiyyət hadisələri bir-birilə yaxınlaşdırılır, insana xas olan keyfiyyət və əlamətlər çox vaxt ətraf aləmə, kosmosa və təbiət qüvvələrinə şamil edilirdi. Müxtəlif xalqların poetik məharəti və həyati müdrikliyinin ifadəsi olan miflərdə dünya və insan haqqında fikir və emosiyalar, bilik və bədii obrazlar, ideal olanla maddi olan hələ bir-birindən qəti surətdə ayrılmamış təsəvvür olunurdu. Mifoloji şüurda fikirlər konkret emosional, poetik obrazlar və şişirdilmiş bənzətmələr (metaforalar) vasitəsilə ifadə edilirdi.
Qədim insanların dünyabaxışı kimi miflər çox mühüm funksiyalar yerinə yetirirdi. Hər şeydən əvvəl, bu və ya digər xalqın keçmişi ilə onun hazırda yaşadığı dövrü və gələcəyinin əlaqələndirilməsi, bir-birini əvəz edən insan nəsillərinin mənəvi əlaqələri miflər vasitəsilə həyata keçirilirdi. Bundan başqa, mövcud cəmiyyətdə sərvətlər oriyentasiyası sisteminin, davranış qaydaları və normalarının, adət və ənənələrin qorunub saxlanmasında da onların xidməti böyükdür. Nağıl, əfsanə və eposlarda təcəssüm olunan mifoloji obrazlar xalqın mənəvi mədəniyyətinin, ədəbiyyat və incəsənətinin ayrılmaz tərkib hissəsi və ilk beşiyi olmuşdur.
Tarixi inkişafın sonraki gedişi nəticəsində miflər ictimai şüur tipi kimi həyatdan silinib getmişdir. Mifoloji şüurda ifadə olunan dünyagörüşü məsələləri (dünyanın yaranması, insanın burada yeri, hə\ atın və ölümün sirləri və s.) sonra- lar din və fəlsəfə tərəfindən (əlbəttə, bir-birindən fərqli şəkildə) davam etdirilmişdir. Bu məsələləri izah edərkən din fövqəltəbii ilahi qüvvələrə, allah ideyasına, axirət dünyasının mövcudluğuna arxalanır. Dini dünyagörüşü dünyanı ikiləşdirir: yer üzərində yaşadığımız müvəqqəti həyat və axirət dünyası, əsl dünya. Din iddia edir ki, insanın duyğu və hissləri yalnız bu dünyanı mənimisəməyə qadirdir. Əsl dünyanın, axirət dünyasının sirləri isə insana müyəssər deyildir.

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin