Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


Şüurun strukturu və mənlik şüuru



Yüklə 63,51 Kb.
səhifə15/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#141037
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
1.1-3.3

Şüurun strukturu və mənlik şüuru.

Müasir proseslər şüurun rolu haqqında fikirlərin köklü surətdə dəyişdirilməsini tələb edir. Şüur məlum olduğu kimi fəlsəfənin, psixologiyanın və sosiologiyanın fundamental anlayışıdır. O insan psixikasının mühüm komponentini xarakterizə edir.
Şüurun mürəkkəbliyi ondadır ki, burada Arximed nöqtəsi yoxdur. Biz şüuru şüurun təzahürü vasitəsilə öyrənməyə məcburuq. Tamamilə aydındır ki, təbiət çox səviyyəli və mürəkkəbdir. Şüuru sadələşdirmək cəhdi, onu xətti etmək qərb sivilizasiyasının inkişafında müəyyən rol oynamışdır. Lakin bununla bərabər bu cür model dünyanı əhəmiyyətli dərəcədə sadələşdirməyə doğru aparmışdır. Qloballaşma prosesi tam aydınlığı ilə göstərdi ki, bu model təkcə praktiki deyil, həm də zərərlidir. Münaqişəli situasiyaların artmasının başlıca səbəbi elə budur.
Sivilizasiya nəzəriyyəsi üzrə xarici ölkə tədqiqatçılarından biri V.Kvalis şüurun 5 strukturunu ayırır:
1) Köklü sözlərin dərin mahiyyətində və yarıdərkedilmiş assosiasiyalarda saxlanılan arxaik, ekstrasensor şüur strukturu;
2) Magik şüur strukturu varlığın məkan və zamandan kənar¬da qavrayışı eyni dəyərə malik olan bütün şeylərlə daimi kontakt;
3) Zaman ölçüsü üzərində qurulan, zamanın içərisində hərəkət edən yolçu kimi ruh haqqında təsəvvürlərlə əlaqədar olan mifik şüur strukturu;
4) Xətti məkan və zaman ölçüsünə istiqamətlənən mental (rasional) struktur. Ona məqsədəuyğun fikir, fərdi iradə və dün¬yanın səbəb- nəticə nizamı anlayışları müvafiqdir;
5) İnteqral şüur strukturu çərçivəsində hal- hazırda xarici dünyanın bütün mümkün olan nöqteyi- nəzərdən intuitiv rasional qavrayışının perspektiv müxtəlifliyi işlənib hazırlanır.
Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi ilə bağlıdır. Mənlik şüuru dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri aşağıdakılardan ibarətdir:
İnsan özünü bütün ətraf aləmdən, yəni “mən”ini, “qeyri-mən”dən ayırır, özünün fiziki, psixi və mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Ümumiyyətlə, şüurun ayrılmaz hissəsi olan mənlik şüuruna - insanın özü-özünü əks etdirməsi, özünü ətraf dünyadan ayırmaq qabiliyyəti, özünün dünyaya münasibətini, bir şəxsiyyət kimi bütövlükdə özünü, özünün hərəkətlərini, düşüncələrini, maraqlannı, ideallarını və s. başa düşmək və qiymətləndirmək daxildir.
Hegelə görə mənlik şüuru öz-özlüyündə kifayət deyil, onun başqa adamın mənlik şüuru olduğunun qəbul edilməsinə ehtiyacı var. Lakin bundan sonra o öz doğruluğunu, öz varlığına inamını itirir. «Mənlik şüuru özü-özündə və özü üçün ona görə və onun sayəsində ola bilir ki, o özündə və özü üçündür, kiminsə başqasınındır (mənlik şüurudur), yəni o nə isə qəbul olunan bir şeydir».
Başqa adamın mənlik şüuru ilə dialoq prosesində bizim mənlik şüuru özündən kənara çıxır, özünü başqa birisinin mənlik şüuru ilə eyniləşdirir. Yalnız bu yolla özünü başa düşmək və qarşılıqlı anlaşma mümkün olur. Biz başqasının bizə münasibətinə cavab veririk, özümüzün daxilində başqasına da belə münasibət yaradırıq
Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndirmək lazımdır.
1. “Mən obraz” – insanın özü haqqında təsəvvürləri (buna başqa sözlə psixoloji avtoportret də deyilir.)
2. Özünüqiymətləndirmə – insanın özünün özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirməsi.
3. Potensial davranış reaksiyaları – insanın “Mən obrazı” və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
“Mən”in kəşf olunması.
Mənlik şüuru sözün əsl mənasında yeniyetməlik və gənclik yaşlarında formalaşsa da, onun mənbəyi, qaynaqları əvvəlki yaş dövrlərinə təsadüf edir.
Müasir psixologiyada mənlik şüurunun formalaşması prosesinin köklərini araşdırarkən, birinci növbədə, körpə uşaqların özlərini güzgüdə tanıması məsələsinə xüsusi diqqət yetirirlər.
Körpə uşaq doğrudan da özünə güzgüdə və ya fotoşəkildə nə vaxt tanımağa başlayır? Bu suala cavab vermək heç də asan deyildir. Əgər 1-2 yaşlı uşağın güzgü qarşısında oturdub ondan: “Bu kimdir?” – deyə soruşsaq – o, düzgün cavab verməyə də bilər. Təkcə bu fakta əsasən demək olarmı ki, uşaq özünü güzgüdə tanımır? Şübhəsiz ki, demək olmaz. Çünki, uşağın suala cavab verə bilməməsi başqa amillərlə, məsələn, onun nitqinin inkişaf səviyyəsi ilə bağlı ola bilər. Lakin fakt faktlığında qalır: müşahidələr göstərir ki, uşaqlar özlərini hələ körpəlik yaşında güzgüdə tanıyırlar, lakin özlərinin özləri haqqındakı təəssüratını sadəcə olaraq sözlə ifadə edə bilmirlər. Bəs, körpə uşağın güzgüdə özünün tanımasını nitq vasitəsi ilə deyil, başqa yollarla, qeyri-verbal yolla necə təsbit etmək olar?
16-22 aylıq uşaqlarda eksperimentlər aparılmışdır. Ana uşağın üzünü silərkən barmağı ilə onun burnuna qırmızı rəng vurur. Uşağı güzgünün qarşısında otururdurlar. Əgər uşaq əlini güzgüdəki şəklə deyil, öz burnuna vururdusa psixoloqlar bunu uşağın güzgüdə özünü tanıması əlaməti hesab edirdilər. Eksperiment prosesində 16 aylıq uşaqlardan heç biri əlini burnuna toxundurmur. Halbuki, 22 aylıq uşaqlardan hamısı əlini burnuna toxundururdu.
Müəyyən olunmuşdur ki, uşaqlar özlərini güzgüdə ilk dəfə 18 aylıq olanda tanıyırlar. Özünü güzgüdə tanımaq 22 aylıq uşaqlar üçün artıq adi işdir.
Uşaqlarda idrak prosesləri inkişaf etdikcə onların özləri haqqındakı təsəvvürləri mürəkkəbləşir. Nitqin rolunu bu baxımdan xüsusi qeyd etmək lazımdır ki, uşağın öz “mən”ini ifadə etməsi nitqin inkişafı ilə bilavasitə bağlıdır.
2 yaşdan uşaq təxminən 200-300 söz bilir. 3 yaşında onun fəal lüğət ehtiyatı bir il ərzində təxminən 5 dəfə artır: 1200-1500 sözə çatır. Uşağın uşağın nitqində “mən” şəxs əvəzliyi daha geniş və qrammatik cəhətdən düzgün işlənməyə başlayır. Məs; 2 yaşındakı uşaq “Lalə qaçdı”, “Lalə yıxıldı” kimi ifadə edirdisə, 3 yaşın əvvəllərindən etibarən “Mən qaçdım”, “Mən yıxıldım” deyir.
Adın “mən” şəxs əvəzliyi ilə substantivləşməsi uşaqlarda mənlik şüurunun formalaşması, xüsusilə onların şüurunda əmələ gələn keyfiyyət dəyişikliklərinin (özünü başqalarından fərqləndirməsi, başqaları ilə müqayisə etməsi və s.) tədricən öz əksini nitqində tapması baxımından son dərəcə maraqlıdır. Bu əsasda da uşağın yaşlılarla qarşılıqlı münasibətdə mürəkkəbləşir, onun davranışında şəxsiyyət amili mühüm əhəmiyyət kəsb etməyə başlayır. Balaca oğlan və ya qıza elə gəlir ki, o, hər şeyi edə bilər. Bu yaş dövründə “mən özüm” uşağın ən mühüm və başlıca tələbinə çevrilir. Lakin yaşlılar uşağın bu tələbinə əhəmiyyət vermədikdə, o, şıltaqlıq və tərslik etməyə başlayır ki, bu da “3 yaş krizi” və ya böhranın psixoloji mənzərəsində əsas yer tutur.




  1. Yüklə 63,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin