Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


Materiya: obyektiv reallıq və substansiyanın vəhdəti kimi



Yüklə 63,51 Kb.
səhifə23/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#141037
1   ...   16   17   18   19   20   21   22   23   24
1.1-3.3

Materiya: obyektiv reallıq və substansiyanın vəhdəti kimi.

«Materiya» sözü (lat. «materia») maddə deməkdir. Belə mənada həmin termin materiyanın hissi qavrayışına əsaslanır. Dialektik materializmə görə qeyri-maddi materiya növü də var: işıq, elektromaqnit sahəsi, materiyanın sosial forması və s. Bu təlimə görə bizim duyğulardan kənarda və duyğulanmızda əks olunan nə varsa - hamısı materiyadır.
Bütün idealist konsepsiyalarda materiya - ümumiyyətlə bütün maddi varlıq - mənəvi, ideal varlığın törəməsidir.
Bir sıra filosoflar «varlıq» və «mövcudluq» anlayışlarını bir-birindən ayırırlar. Məsələn, M.Haydegger yazırdı: «Varlıq hansısa predmetdir, lakin heç bir mövcudluq deyil... Mövcudluq haqqında deyirik: o var... Biz demirik: varlıq var... lakin deyirik: varlıq verilib... «Var» əvəzinə biz «verilib deyirik». O, davam edir: «Varlıq mövcudluğa nisbətən genişdir, lakin hər necə olsa da, o insana hər hansı mövcudluqdan yaxındır.
Materiya ümumiyyətlə özünün konkret təzahürləri ilə yanaşı mövcud olan ayrı bir törəmə deyil. Materiya ətraf dünyanın bütün əşya və hadisələrinin cəmini ifadə edən fəlsəfi abstrak- siyadır (mücərrədlikdir).
Fizika elminin ən əsas problemlərindən olan materiyanın quruluşu məsələsi, maddənin getdikcə daha çox hissələrə bölünməsinə gətirib çıxartdı. Son iki yüz ildə atom və molekullar haqqında anlayışlar kökündən dəyişdi. Atomların quruluşu (nüvə və elektronlar), sonra nüvənin quruluşu (nuklonlar - proton və neytronlar) yenidən müəyyənləşdi. Müasir dövrün son 60-70 illərində isə bir sıra başqa hissəciklər kəşf edildi (pozitron, mezonlar, hiperonlar). Bu hissəciklər qarşılıqlı olaraq bir-birinə keçirlər. Bir sözlə, materiyanın quruluşunun tədqiqi hələ də davam edir.
Materiya anlayışı materializmin əsası, başlanğıc kateqoriyasıdır və fəlsəfi fikir tarixində materializm ilə idealizm arasındakı mübarizənin mərkəzində dayanır.’V.İ.Lenin XVIII əsr fransız materialistlərinin, xüsusən Holbaxın fikirlərinə əsaslanaraq materiyaya tərif vermişdi. Onun fikrincə materiya - insan duyğula- nnda əks olunan, onlardan asılı olmayaraq mövcud olan obyektiv reallığı əks etdirən fəlsəfi kateqoriyadır. O, göstərirdi ki, materiyanın dialektik materializm tərəfindən qəbul edilən yeganə xassəsi onun obyektiv reallıq olması, insan şüurundan kənarda mövcud olmasıdır. Leninin tərifində «materiya» və «obyektiv reallıq» anlayışları sinonim kimi çıxış da materiya kateqoriyasının başqa geniş kateqoriyaya - şüura qarşı qoyulmasıdır. Maddi o şeydir ki, şüura qarşı durur, şüurda əks olunur, ondan asılı olmayaraq mövcud olur. Nə üçün Lenin fransız materialistlərindən sonra materiya anlayışını başqa fəlsəfi kateqoriyalara deyil, məhz şüur kateqoriyasına qarşı qoyurdu? Bu sualın cavabı «fəlsəfənin əsas məsələsi» adlanan anlayışın materialist həllindən doğur.
Materializmdə «materiya» və «obyektiv reallıq» anlayışlan eyniləşdirildiyi üçün bir qədər «reallıq» anlayışını izah edək. «Reallıq» (lat. «realis») sözü şey, əşya, ümumiyyətlə öz-özlüyündə mövcud olan mənasını daşıyır. Sonralar reallıq həm maddi, cismani əşyalar, həm də mənəvi-ideal mahiyyətlər ilə eyniləşdirilir.
Reallıq problemi hələ çox qədim dövrlərdən filosoflann diqqət mərkəzində olmuş və bu problem ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdü. Belə ki, qədim yunan filosofu Demokritə görə həqiqi reallıq - atomlar və boşluqdur. Platon üçün reallıq ideal mahiyyət kimi anlayışlar dünyasıdır! Fikir tarixində reallığın başqa izahları da çox olub. Lakin indiki dövrdə reallıq problemi elmdə fundamental kəşflərlə əlaqədar xüsusi kəskinlik və aktuallıq kəsb edir.


  1. Yüklə 63,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin