Daosiznt b.e.ə. I minilliyin ikinci yarısında meydana gəlmişdir. Qədim Çinin dini-fəlsəfi məktəblərindən biri olan Daosizmin başlanğıc ideyası dao (yol) haqqında təlimdir. Dao - bütün Kainatın yaranması, inkişafı və məhv olması haqqında əzəli, daimi və ümumi qanundur. Buradan belə bir nəticə çıxarılır ki, insanın bütün davranışı mikrokosmosda insan daosu (təbiəti) ilə, makrokosmosda isə bütün Kainatın daosu ilə uzlaşmalıdır. Daoya zidd olan bütün hərəkətlər boş yerə qüvvə itirmək deməkdir.
Daosizm əfsanəvi mütəfəkkir Lao-Tszının ideyalan əsasında yaranmışdır. Onun fəlsəfəsinə görə dao ümumi vəhdət deməkdir, onun nə adı, nə də forması var; eşidilmir, görünmür, dərk edilmir, müəyyənləşdirilmir, lakin mükəmməldir. Dao həm sükunətdədir, həm də daim hərəkət edir. O özü dəyişməsə də, bütün dəyişikliklərin səbəbidir. Dao - daim vahid, dəyişməz, keçici olmayan, həmişə mövcud olandır; o hər şeyin kökü, bütün şeylərin anasıdır. «İnsan yerdən, yer göydən (kosmosdan), göy daodan, dao isə özündən asılıdır.
Adlar məktəbi. Bu təlimin təmsilçiləri göstərirdilər ki, tarixi dəyişikliklər ilə əlaqədar məlum olmuşdur ki, şeylərin özü ilə adları arasında uyğunsuzluq var. Odur ki, gerçəkliyin dil vasitəsilə ifadə edilməsi problemini həll etməyə yönəlmiş yeni fikir cərəyanı meydana gəlir. Adlar məktəbi - şeylərin münasibətlərini və bu münasibətlərin özlərinin ifadə olunmasını, sonra isə şeylər haqqında mühakimə ilə onların adları arasında uyğunluğu tədqiq edirdi.
Moiztn məktəbi öz yaradıcısı olan filosof Mo Dinin (b.e.ə. 479-400) adını daşıyır. Bu təlimdə əsas diqqət hər şeydən əvvəl sosial etika problemlərinə yönəldilirdi. Moistlərin təlimi Konfusiçilik təliminin tam əksi olaraq, həyatın bütün mənasını ümumi məhəbbət (tszyan ay) və müvəffəqiyyətdə, uğur qazanmaqda, qarşılıqlı faydaya nail olmaqda görürdü.
Tszou Yan və beş ünsür. Beş ünsür - su, od, ağac, metal, torpaq - Tszou Yanın fəlsəfi görüşlərinin əsas mövzusudur. Ünsürlər qüvvə ilə müəyyənləşən xarakterlərinə görə bir-birini əvəz edirlər, qüvvənin yardımı ilə bir-birini əvəz edirlər, qüvvənin köməkliyi ilə bir-birinin müqavimətini aradan qaldırırlar.
Legizm təliminin nümayəndələri sosial-siyasi problemlər ilə məşğul idilər. Legizmin banisi Şen Buxay (b.e.ə. 400-337) yazırdı: «Ağıllı adam qanun yaradır, axmaq - qanunla məhdudlaşır. Qabiliyyətli adam qaydaları dəyişir, qabiliyyəti olmayan isə qaydalara bağlanın.
Eklektiklərin təliminin xarakterik xüsusiyyəti müxtəlif məktəblərə məxsus görüşləri bir sistemdə birləşdirməyə səy göstərmək olmuşdur. Quan-Tszi və Lyuy Buvey (b.e.ə. III əsr) bu təlimin əsas nümayəndələri idi.