Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları



Yüklə 63,51 Kb.
səhifə11/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#141037
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
1.1-3.3

Dövlət formaları anlayışı dövlət mexanizmi, dövlətin funksiyaları, dövlətin tarixi tipləri anlayışları ilə six bağlıdır. Dövlətin formaları dedikdə dövlət hakimiyyətinin quruluşu və idarəetmə formasının, eləcə də siyasi rejiminin təşkili və yata keçirilməsinin üsul və vasitələrinin sistemi başa düşülür.
V.E. Çirkin bütün dövlət formalarını ümumi olaraq aşağıdakı üç növə ayırır: monokratik, seqmentar, polikratik.
1) Monokratik (monist) dövlət formasına malik dövlətdə cəmiyyətin idarə edilməsində dövlət idarəetməsi sahəsində rolların bölgüsü olmur, dövlət quruluşu rəsmi olaraq federasiya adlanır və milli muxtar birliklərin olmasına baxmayaraq, mərkəzləşdirilmiş dövlət quruluşu mövcud olur. Lakin həqiqi muxtariyyətə və yerli özünü idarəetməyə yol verilmir. Belə şəraitdə ət rejimi avtoritar xarakterdə olur.
2) Polikratik dövlət forması hakimiyyətlərin qarşılıqlı əlaqəni nəzərdə tutan bölgüsünü, dövlət miqyasında və yerli səviyyədə sıra hakimiyyət mərkəzlərinin (parlament, prezident, məhkəmə) mövcudluğunu müəyyən edir. Fövqəladə hallardan başqa ət rejimində demokratik idarəetmə metodları (seçki, razılıq və barışıq, hüquq və azadlıqların təminatı və s.) üstünlük təşkil Belə dövlət forması, müəllifin fikrincə, unitar parlament monarxiyasında (məs., Yaponiya) və federativ prezident respublikasında (məs., ABŞ) da mövcud ola bilər (14, s. 113- 118).
3) V.E. Çirkinin ayırdığı üçüncü dövlət forması seqmentar dövlət adlanır. Seqmentar dövlət monokratiya ilə polikratiya nda yerləşir və özündə qarışıq sistemi ifadə edir.
Ümumdünya tarixinin ən geniş yayılmış dövrləşməsinə uyğun olaraq bütün dövlətlər bizdən zamana görə uzaqlıq kriterıyası üzrə aşağıdakı dövrlər dövlətlərinə bölünürlər;
1) qədim dövlətlər (e.ə IV minillik - eramızın V yüzilliyi) - öz yaranma tarixini ilk Şərq despotiyasının meydana gəlməsin dən 476-cı ildə Roma imperiyasının süqutuna qədər saxlamış dövlətlər;
2) orta əsr dövlətləri (V-XVII yüzilliklər) - erkən feodal dövlətləri, senyorluqlar, Avro panın silki-nümayəndəli və mütləq monar xiyaları; ticarət şəhər-respublikaları, ərəb xilafəti və s.;
3) Yeni dövr dövlətləri (XVII yüzilliyin sonu - XX yüzilliyin başlanğıcı) - həm yeni tip dövlətləri (konstitusiyalı monarxiyalar, burjua respublikaları federasiyalar), həm də imperiya və mütləq monarxiyaları birləşdirən dövlətlər;
4) Ən yeni dövr dövlətləri (müasir dövlətlər).

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin