5// Elektrik dövrələrində qarışıq birləşmə hesabatları .
Bilet 10
1// Elektrik müqavimətinin ölçülməsi
Elektrik müqavimətləri şərti olaraq üç qrupa bölünür:
kiçik (1 Om-a qədər);
orta (1-dən 100000 Om-a qədər);
böyük (100000 Om-dan yuxarı).
Ölçülən müqavimətin qiymətindən asılı olaraq müvafıq ölçmə üsulu seçilir: dolayı yolla - ampermetr və voltmetr üsulu, birbaşa - bilavasitə qiymətləndirmə üsulu (ommetrlə və ya meqometrlə) və ya müqaisə üsulu (körpülər və potensiometrlər).
2// Optik şüalanmanın təbiəti
Optik şüalanmadan aqrar istehsalatın bütün sahələrinin intensivləşməsi məsələlərində geniş istifadə olunur. Aqrar sahədə istifadə edilən elektrik enerjisinin 25%-i texnoloji proseslərdə elektrik işıqlanması və şüalanması üçün sərf edilir. Aparılmış tədqiqatlarla sübut edilmişdir ki, kənd təsərrüfatında düzgün layihələndirilmiş elektrik işıqlandırılması əmək məhsuldarlığını, o cümlədən heyvandarlıq və quşçuluqda məhsul çıxımını 10...12% yüksəldir.
Ümumiyyətlə, optik şüalanmanın elektromaqnit spektrinin insan həyatında əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Kənd təsərrüfatında optik şüa mənbələri tək heyvan və quşların məhsuldarlığına deyil, həm də texnoloji proseslərin keyfiyyətcə dəyişməsinə təkan verir. Yer kürəsində bioloji həyatın energetik əsasını Günəş şüaları təşkil edir. İstilik – Günəşdir, çörək – Günəşdir. Fotosintez prosesində il ərzində Yer kürəsində 100 mlrd. ton üzvi maddə yaranır, atmosferdən 2000 mlrd. tondan artıq karbon qazı ayrılır, və Yer kürəsi 145 mlrd. ton oksigenlə zənginləşir.
Müasir dövrdə kənd təsərrüfatı istehsalında optik şüalanmanın istifadəsinin yeni, iqtisadi cəhətcə daha səmərəli sahələri inkişaf etməkdədir. Aqrar istehsalatın bu günü və sabahı hazırlanan mütəxəssislər tərəfindən elmi və qabaqcıl texnologiyanın imkanlarının düzgün mənimsənilərək tətbiq edilməsindən bilavasitə asılıdır.
Düzgün seçilmiş işıqlanma, sənayedə olduğu kimi , aqrar təsərrüfatında istehsalatın rasionallaşdırılmasında, əmək məhsuldarlığının yüksəldilməsində, məhsulların keyfiyyətinin yaxşılaşdırılmasında, istehsalat zədələnmələrinin azaldılmasında əsas faktorlardan biridir.
Elektrik işıqlandırılmasının bütün növlərini layihələndirdikdə və yerinə yetirdikdə elm və texnikanın yeni nailiyyətlərindən düzgün və səmərəli istifadə olunmalıdır.
Süni elektrik işıqlanması məsələləri bu gün də kənd elektrikinin gündəlik fəaliyyətində böyük və əhəmiyyətli yer tutur.
Şüaların, ixrac edən cisimdən qəbul edən cismə verilməsi şüalanma adlanır. Şüalanma enerjisi materiya hərəkətinin kəmiyyət ölçüsü olmaqla enerjinin keyfiyyət müxtəlifliyidir
Dostları ilə paylaş: |