Bilet 1 Elektrik dövrələrinin elementləri


Bilet 12// 1// İdarəetmə və mühafizə aparatları



Yüklə 0,68 Mb.
səhifə71/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   67   68   69   70   71   72   73   74   ...   106
elekson

Bilet 12//

1// İdarəetmə və mühafizə aparatları

Elektrik mühərriklərinin idarəetmə və mühafizə aparatları, elektrik intiqalının tərkib hissəsi olmaqla mühərriklərin işə salınma və dayandırılması, valının fırlanma istiqamətini dəyişmək, texnoloji prosesin təlabatlarına uyğun onların verilmiş rejimdə işini təmin etmək və qeyri normal şəraitdə işinin mühafizəsi üçündür.

İdarəetmə aparatlarını təyinatı, idarə etmə üsulu (əllə, avtomatik, məsafədən), cərəyanın növü (sabit və ya dəyişən), konstruktiv yerinə yetirilməsi (açıq, mühafizə olmuş, nəmlik və toz keçirməyən, tropik və s.) görə sinifləşdirirlər.

Əllə idarə olunan aparatlar xidmət edən şəxsin təsiri vasitəsi ilə işə salınır. Bu aparatlara rubilniklər, paket açarlar və çevricilər, işə salma rezistorlar, düyməli stansiyalar, avtomatik açarlar daxildirlər. Elektrik intiqallarının əllə idarə edilməsi ancaq gücü çox da böyük olmayan, gec işə düşən və məsafədən idarə olunması tələb olunmayan qurğularda istifadə olurlar. Elektrik intiqallarının avtomatik idarə olunması üçün kontaktorlar, düymə stansiyalı maqnit işə buraxıcısı, son açarlar, müxtəlif relelər və s. geniş istifadə olunur. Son zamanlar tiristor və simistor əsasında olan elektrik intiqallarının kontaktsız üsul ilə idarə olunması geniş tətbiq tapır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin