Bilet 1 Elektrik dövrələrinin elementləri


// Elektrik intiqalının heyvandarlıqda tətbiq sahələri



Yüklə 0,68 Mb.
səhifə70/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   66   67   68   69   70   71   72   73   ...   106
elekson

5// Elektrik intiqalının heyvandarlıqda tətbiq sahələri

Mühərrik, ötürücü mexanizm və işçi maşından ibarət olan qurğu, maşın qurğusu və ya istehsalat aqreqatı adlanır. Mühərrik mexaniki enerji mənbəyidir. Ötürmə mexanizmi (transmissiya-vallar, qasnaqlar, qayışlar, silindrik və konusvari dişli çarxlar, muftalar, ekssentriklər və s.) hərəkəti işçi maşına ötürür. Elektrik enerjisini mexaniki enerjiyə çevirməyə, çevrilmiş enerjini idarə etməyə imkan verən və elektrik mühərrikindən, ötürücü mexanizmdən və idarəetmə aparatından ibarət olan maşın qurğusu elektrik intiqalı adlanır.

Enerji mənbəyinin növündən asılı olaraq intiqallar fərqlənir: əl, at, mexaniki və elektrik.

İntiqallarda hidravlik və ya buxar turbinlərindən, külək mühərriklərindən, daxili yanma mühərriklərindən və elektrik mühərriklərindən istifadə oluna bilər

Heyvandarlıq avadanlığının seçilməsi heyvan saxlanma texnologiyası və istehsalat proseslərinin kompleks mexanikləşdirilməsi ilə təyin edilir. Odur ki, avadanlığın düzgün seçilməsi həmin istehsalatın effektiv işləməsinin təminatı olmuş olur.

Respublikamız üçün ənənəvi olaraq iri buynuzlu mal-qara saxlanması və qoyunçuluq əsasən inkişaf etmişdir. Belə olduğu halda əsas diqqət heyvandarlığın istiqamətlərinə yetirilir.

İri buynuzlu mal-qaranın saxlanmasında elektrikləşmiş texnoloji proseslər: yemin hazırlanması, yemin paylanması, peyinin təmizlənməsi, su təchizatı, binanın daxilində mikroiqlimin saxlanması, südün sağılması və ilk emalıdır.

Qoyunçuluqda isə elektrikləşmiş texnoloji proses yunun qırxılması və presləşdirilməsidir.



Yemin hazırlanması prosesinin elektrikləşdirilməsindəheyvanların miqdarı, saxlanma üsulu, yem rasionu və yemləmə müddətinin bilməsi tələb olunur.

Yemin hazırlanmasında istifadə olunan elektrikləşdirilmiş maşınlar yemlərin doğramasında, xırdalanmasında, pörtləməsində istifadə olunurlar. Bundan başqa, bu seriyalı maşınlarla yanaşı ilkin emal olunan məhsulların nəqli üçün elektrikləşmiş nəqletdirici avadanlıqlar da istifadə olunurlar.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin