5// Qısaqapanmış rotorlu asinxron mühərriklər quruluşu və tətbiqi
Qısaqapanmış rotorlu asinxron mühərriklər (şək. 1) aşağıdakı əsas hissələrdən ibarətdir. Mühərrikin çuqun gövdəsinə-staninaya statorun nüvəsi bərkidilir. O, 0,35 və
Şək. 1. Rotoru qısaqapanmış asinxron mühərriki:
1 – rotor, 2 – stator dolağı, 3 – stanina (gövdə), 4 – val
0,5 mm qalınlıqlı xüsusi polad lövhələrdən ibarətdir. Hər bir lövhə biri-birindən lak ilə izolə olunmuşdur. Bu isə onunla izah olunur ki, statorun polad nüvəsində yaranan dəyişən maqnit seli enerjinin izafi itkilərinə səbəb olur. Lövhələri bir-birindən izolə etməklə bu itkilər əhəmiyyətli dərəcədə azaldılır.
Statorun yuvasında öz aralarında birləşdirilmiş bir neçə makaradan ibarət olan dolaqlar yerləşdirilir. Hər bir makarada bir və ya bir neçə izolə olunmuş alüminium və ya mis keçiricidən olan sarğı olur. Stator dolaqlarının ucları mühərrikin xüsusi sıxac şitinə çıxarılır. Bu sıxaclara kənar mənbədən elektrik enerjisi verilir. Rotor da ayrı-ayrı izolə olunmuş lövhələrdən yığılmış silindrdən ibarətdir. Kiçik güclü asinxron mühərrikində rotor yuvasında mis və ya alüminium içlik qoyulur. Bu içliklərin sonluğu həlqələrdə birləşdirilir. İçliklər dolaq rolunu oynayır.
Rotorun oxu – val – iki tərəfdən mühərrikin staninasının (gövdəsinin) qapaqlarına quraşdırılmış yastıqlarda oturur.
Dostları ilə paylaş: |