Elektrooftalmiya isə elektrik qövsü şuaları nəticəsində gözün aldığı zədələrə deyilir.
Elektrik cərəyanı ilə zədələnmənin nəticəsi aşağıdakı amillərdən asılıdır:
cərəyanın şiddətindən;
insan və digər canlı orqanizmin müqavimətindən;
gərginliyin miqdarından;
cərəyanın tezlik və növündən;
cərəyanın təsir müddətindən;
insanın fərdi xüsusiyyətlərindən;
orqanizmdən keçmə yolundan;
ətraf mühitin vəziyyətindən.
Zədələnmənin nəticəsinə cərəyanın qiyməti böyük təsir edir. İnsan, onun bədənindən keçən cərəyanı tezliyi 50 Hs və cərəyan şiddəti 0,5...1,5 mA olduqda hiss edir. Cərəyan artdıqca əks təsiri hiss edilir. Belə ki, 8...10 mA-də insan güclü ağrı hiss etsə də, özünü cərəyan keçirən hissdən ayıra bilir, 20...25 mA-də həmin növ cərəyandan, özü sərbəst aralana bilmir.
Cərəyan şiddəti 50...80 mA olduqda, tənəffüs dayanır, ürəyin ən incə telləri zədələnir, 90...100 mA cərəyan şiddətində tənəffüs, 3 saniyə müddətində təsirdən sonra isə ürək tam dayanır. 5 A-dən böyük cərəyanda ürək dərhal dayanır. Sabit cərəyan 5...7 mA-də hiss olunur. 50...80 mA sabit cərəyanın təsirindən əl əzələləri yığılır, qıc olma baş verir və nəfəs çətinləşir. 90...100 mA sabit cərəyanda nəfəs iflic olur, ürək zədələnir.
Elektrik zədələnməsində insanın bədəninin müqavimətinin böyük rolu var. İnsan bədəninin müqaviməti sabit olmur. Bu bir sıra amillərdən asılıdır : dərinin qalınlığından (0,5...0,02 mm), dərinin vəziyyətindən (zədəli, quru, nəm, təmiz və s.), əsəb gərginliyinin vəziyyətindən və s. İnsan bədəninin müqavimətini müəyyən edən əsas amil dəri örtüyüdür. Dərinin üst buynuz qatı izolyztor rolu oynayır. Quru və zədəsiz dərinin ümumi müqaviməti 1...10 MOm-dur. Daxili üzvlərin müqaviməti 800...1000 Om olduğundan hesabatda insan bədəninin ümumi müqaviməti 1000 Om qəbul edilir. İnsan bədəninin bu müqaviməti onun cinsindən, yaşından, kütləsindən, əhvali-ruhiyyəsindən və fiziki sağlamlığından asılıdır.
Ətraf mühitdən və əmək şəraitindən asılı olaraq üç təhlükəsiz gərginlik məqsədə uyğun hesab edilir:
yüksək təhlükəli olmayan otaqlarda – 65 V;
yüksək təhlükəli otaqlarda – 36 V;
xüsusi təhlükəli otaqlarda – 18 V.
Bu onunla əlaqədardır ki, gərginlik nə qədər çox, müqavimət isə az olsa, ümumi nəticədə cərəyanın şiddəti bir o qədər çox, yəni elektriklə zədələnmə təhlükəsi artıq olar.
Tədqiqatlar göstərir ki, insan üçün ən təhlükəli cərəyan tezliyi 50...60 Hs olan sənaye cərəyanlarıdır. Yüksək tezlikli cərəyanlar insana elektrik zərbəsi yox, elektrik yanığı kimi təsir edir. Bu ona görə belədir ki, bu yüksək tezliklər əsəb və əzələ toxumalarını qıcıqlandıra bilmir.
Canlı orqanizm üçün qırılıb yerə düşmüş cərəyan altında olan naqil çox təhlükəlidir. Çünki bu vaxt burada naqilin yerə düşdüyü sahədə təhlükəli gərginlik – addım gərginliyi əmələ gəlir.
Dostları ilə paylaş: |