Bilet 1 Elektrik dövrələrinin elementləri


// Elektrik cərəyanından zərər çəkmiş insanlara ilk yardım qaydaları



Yüklə 0,68 Mb.
səhifə85/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   81   82   83   84   85   86   87   88   ...   106
elekson

4// Elektrik cərəyanından zərər çəkmiş insanlara ilk yardım qaydaları

Elektrik cərəyanı vurmuş adamın elektrik cərəyanından xilas edilməsi əksər hallarda onun cərəyandan nə qədər tez azad ediləcəyindən, ona ilk yardımın nə qədər düzgün göstərilməsindən asılıdır.

Əgər zərər çəkmiş adam hələ də cərəyan keçirən hissələrə toxunarsa, onu birinci növbədə elektrik cərəyanının təsirindən azad etmək lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, cərəyan altında olan adama lazımi ehtiyatlıq göstərmədən toxunmaq, kömək göstərən insanın həyatı üçün də təhlükəlidir. Buna görə də yardım göstərən adam zərər çəkmiş adamın toxunduğu qurğu hissəsini cərəyan dövrəsindən tez açmalıdır. Bu vaxt aşağıdakıları nəzərə almaq lazımdır:


  • əgər zərər çəkmiş adam hündürdədirsə, qurğunun açılması və zərər çəkmiş adamın elektrik cərəyanından azad edilməsi onun hündürdən yıxılmasına səbəb ola bilər. Belə halda zərər çəkmiş adamın xəta dəymədən yıxılmasını təmin edən tədbirlər görülməlidir;

  • qurğunun cəryanını kəsdikdə, eyni zamanda elektrik işığı da kəsilə bilər. Buna görə də başqa işıq mənbəyindən (fanar, şam, akkumlyator fənərləri və s.) istifadə etmək lazımdır. Lakin qurğunun açılmasını və zərər çəkmiş adama göstərilən yardımı ləngitməməli, əgər qurğunu tez açmaq mümkün deyilsə, cərəyandaşıyan hissələrə toxunan zərər çəkmiş adamı bu hissələrdən üzaqlaşdırmaq üçün tədbirlər görmək lazımdır.

Zərər çəkmiş adam elektrik cərəyanından azad edildikdən sonra ilk yardım qaydaları onun vəziyyətindən asılıdır.

Zərər çəkmiş adamın vəziyyətini təyin etmək üçün dərhal aşağıdakı tədbirlər görülməlidir:



  • zərər çəkmiş adamı yerə arxası üstə uzatmalı;

  • zərər çəkmiş adamın nəfəs alıb-almadığını yoxlamalı;

  • zərər çəkmiş adamın bilək arteriyasında və ya boyunun en-yan tərəfində nəbzin vurub-vurmamasını yoxlamalı;

  • bəbəyin vəziyyətini aydınlaşdırmalı.

Elektrik cərəyanı vurmuş bütün hallarda zərər çəkmiş adamın vəziyyətindən asılı olmayaraq mütləq həkim çağırmaq lazımdır.

Zərər çəkmiş adam huşunu itirmişsə, lakin onun nəfəs alması və nəbzi qaydadadırsa onu rahat uzatmaq, paltarlarının düymələrini açmaq və təmiz hava buraxmaq, üzünə su çiləmək və tam sakitlik lazımdır. Əgər zərər çəkmiş adam çətin nəfəs alırsa ona süni nəfəs vermək və ürəyini masaj etmək lazımdır.

Süni nəfəs vermək üçün zərər çəkmiş adamı arxası üstə uzatmalı, ağzını açmalı və ağzından yad cisimləri və seliyi çıxardıqdan sonra başlamalı. Dilin dala getməsinin qarşısını almaq üçün zərər çəkmişin alt çənəsini azca qabağa çəkmək lazımdır.

Bundan sonra yardım göstərən adam nəfəs borusuna bir neçə dəfə dərindən nəfəs verir və bunu dəqiqədə 10...12 dəfə təkrar edir (hər 5...6 saniyədən bir).

Süni nəfəsvermə zərər çəkmiş adamın vəziyyətindən asılı olaraq aşağıdakı üsullarla verilə bilər:


  • ağızdan ağıza, yaxud ağızdan buruna;

  • ürəyin masaj edilməsi;

  • qolların hərəkət etdirilməsi;

  • tibbi aparatlar vasitəsilə.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin