3// Optik şüalanmanın təbiəti
Optik şüalanmadan aqrar istehsalatın bütün sahələrinin intensivləşməsi məsələlərində geniş istifadə olunur. Aqrar sahədə istifadə edilən elektrik enerjisinin 25%-i texnoloji proseslərdə elektrik işıqlanması və şüalanması üçün sərf edilir. Aparılmış tədqiqatlarla sübut edilmişdir ki, kənd təsərrüfatında düzgün layihələndirilmiş elektrik işıqlandırılması əmək məhsuldarlığını, o cümlədən heyvandarlıq və quşçuluqda məhsul çıxımını 10...12% yüksəldir.
Ümumiyyətlə, optik şüalanmanın elektromaqnit spektrinin insan həyatında əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Kənd təsərrüfatında optik şüa mənbələri tək heyvan və quşların məhsuldarlığına deyil, həm də texnoloji proseslərin keyfiyyətcə dəyişməsinə təkan verir. Yer kürəsində bioloji həyatın energetik əsasını Günəş şüaları təşkil edir. İstilik – Günəşdir, çörək – Günəşdir. Fotosintez prosesində il ərzində Yer kürəsində 100 mlrd. ton üzvi maddə yaranır, atmosferdən 2000 mlrd. tondan artıq karbon qazı ayrılır, və Yer kürəsi 145 mlrd. ton oksigenlə zənginləşir.
Müasir dövrdə kənd təsərrüfatı istehsalında optik şüalanmanın istifadəsinin yeni, iqtisadi cəhətcə daha səmərəli sahələri inkişaf etməkdədir. Aqrar istehsalatın bu günü və sabahı hazırlanan mütəxəssislər tərəfindən elmi və qabaqcıl texnologiyanın imkanlarının düzgün mənimsənilərək tətbiq edilməsindən bilavasitə asılıdır.
Düzgün seçilmiş işıqlanma, sənayedə olduğu kimi , aqrar təsərrüfatında istehsalatın rasionallaşdırılmasında, əmək məhsuldarlığının yüksəldilməsində, məhsulların keyfiyyətinin yaxşılaşdırılmasında, istehsalat zədələnmələrinin azaldılmasında əsas faktorlardan biridir.
Elektrik işıqlandırılmasının bütün növlərini layihələndirdikdə və yerinə yetirdikdə elm və texnikanın yeni nailiyyətlərindən düzgün və səmərəli istifadə olunmalıdır.
Süni elektrik işıqlanması məsələləri bu gün də kənd elektrikinin gündəlik fəaliyyətində böyük və əhəmiyyətli yer tutur.
Şüaların, ixrac edən cisimdən qəbul edən cismə verilməsi şüalanma adlanır. Şüalanma enerjisi materiya hərəkətinin kəmiyyət ölçüsü olmaqla enerjinin keyfiyyət müxtəlifliyidir.
Optik şüalanmanın kəmiyyətcə energetik qiymətləndirilməsi üçün bir sıra ədədlər müəyyənləşdirilmişdir ki, bunların cəmi energetik ədədlər sistemini təşkil edir.
Sadə hallarda bioloji cisimlərdə optik enerjinin çevrilməsi fotokimyəvi reaksiya şəklində iki mərhələdə baş verir: fotonun molekulu tərəfindən udulması və enerjinin başqa molekula verilməsi. Bu proseslərin hərəsi bir - birindən asılı olmayaraq gedə bilər. Udulmuş optik şüalanma enerjisinin aşağıdakı çevrilmə formaları mövcuddur:
Fotoeffekt – şüalandırılan cismin elektrik halının dəyişməsi.
Fotolüminessensiya – şüalanma ilə həyacanlandırılan molekulaların enerji ixrac etməsi.
Fotokimyəvi təsir – optik şüalanmanı udan cismin kimyəvi halının dəyişməsi.
Fotobioloji təsir – optik şüalanmaya məruz qalmış canlı orqanizmin bioloji halının dəyişməsi.
Fotobioloji təsir – optik şüalanmanın insan, heyvan, quş, bitkilər və başqa bioloji obyektlərə təsirində enerji çevrilməsinin əsas formasıdır. Fotobioloji təsirin altı əsas növü mövcuddur:
Dostları ilə paylaş: |