Bilet 1 Elektrik dövrələrinin elementləri


Şəkil 13. Avtomatik idarə sisteminin blok-sxemi



Yüklə 0,68 Mb.
səhifə69/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   65   66   67   68   69   70   71   72   ...   106
elekson

Şəkil 13. Avtomatik idarə sisteminin blok-sxemi
İdarə obyektinin vəziyyəti У vektoru ilə xarakterizə olunur, hansının ki, koordinatları ayrı-ayrı çıxış qiymətləridir. İdarə qurğusundan idarə obyektinə idarəedici təsir q daxil olur. İdarə obyektinə həmçinin müxtəlif cinsli həyacanlandırıcılar – idarə prosesinə maneçilik törədən maniələr V təsir edirlər. İdarəedici qurğunun girişinə X3 təsirləndiricisi verilir, hansı ki, У vektorunun tələb olunan qiyməti haqqında informasiyaya malikdir. Məsələn, qapalı torpaq tikililərində havanın və torpağın temperaturunun nizamlanması zamanı artıq təcrübədən hər bir yetişdirilən bitki növü üçün bu temperaturların optimal qiymətləri məlum olurlar.

Bir sıra avtomatik idarə sistemlərində idarəedici qurğunun girişinə, tapşırıcı təsirdən başqa, idarə obyektinə təsirlər haqqında və onun cari vəziyyəti haqqında da informasiya daxil olur. İdarəedici qurğu daxil olan bütün informasiyanı onda yerləşdirilmiş qanun üzrə emal edir və idarəedici təsiri ayırır, hansı ki, idarə obyektinə yönəldilir

Hesablama qurğusu güclənmiş siqnalı riyazi emal edir və onu icra qurğusuna ötürür. Mürəkkəb avtomatik idarə sistemlərində hesablama qurğusu rolunu ERHM yerinə yetirir. Sadələrdə bu element olmur.

İcra edici qurğular idarə obyektinə bilavasitə təsir etmək üçün nəzərdə tutulmuşlar. İcraedici qurğu kimi elektrik releləri, kontaktorlar, solenoid klapanları, elektromühərrik icra mexanizmləri və s. tətbiq edilirlər.

Sistemin iş prosesində obyektin idarə olunması açıq və ya qapalı tsikl üzrə həyata keçirilə bilər. Açıq tsikl üzrə işləyən sistem, sistemin çıxış və giriş əlaqəsinə malik olmur, daha doğrusu, çıxış parametrlərinin dəyişməsi tapşırıcı təsirin dəyişməsinə gətirmir. Qapalı tsikl üzrə işləyən sistemlərdə, sistemin girişinə çıxışdan siqnallar verilir. Belə sistemləri çox zaman əks rabitəli sistemlər adlandırırlar. Əks rabitənin daxil edilməsi avtomatik idarənin keyfiyyətini yaxşılaşdırır.

Avtomatikada iki növ əks rabitə tətbiq edilir – mənfi və müsbət tipli.

Mənfi əks rabitə elə rabitəyə deyirlər, hansında ki, bu rabitənin olmadığı halla müqayisədə səmərənin (effektin) azalmasına gətirib çıxarır. Müsbət əks rabitə o rabitəyə deyilir, hansında ki, bu rabitənin olmadığı halla müqayisədə, sistemin çatdığı səmərəni artırmış olsun.

Avtomatik idarə sistemlərində ən çox yayılanı mənfi əks rabitədir.

Bütün avtomatik idarə sistemlərinin işi üç prinsipə əsaslanmışdır: meyillənmə, xarici həyacanlanma və kombinəedilmiş təsir.

Meyillənmə üzrə idarənin mənası ondadır ki, idarəedici təsir, idarə olunan kəmiyyətin tələb olunan qiymətdən fərqlənməsi haqqındakı informasiyaya əsaslanır. Bu zaman idarə olunan kəmiyyətin qiyməti avtomatik ölçülür, tələb olunanla müqayisə edilir, meyillənmə təyin edilir ki, ona əsasən də idarə yerinə yetirilir.

Canlanma üzrə idarə etmənin prinsipi ondan ibarətdir ki, idarəetmə baş verən canlanma təsirinin qiyməti üzrə həyata keçirilir.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin