5// Elektrik mühərrikinin iki yerdən idarə edilmə sxemi.
??
Bilet 5
1// Sabit cərəyan dövrələri üçün Om qanunu
Elektrik cərəyanı ( I ), gərginlik ( U ) və müqavimət ( R ) arasında ən sıx qarşılıqlı əlaqə mövcuddur.
Qapalı dövrənin hər – hansı bir hissəsinə nəzər salsaq, dövrənin sabit müqavimətində gərginliyin (U) artması ilə cərəyanın ( I ) artmasını müəyyənləşdirmək çətin deyil.
Əksinə, yenə həmin sabit müqavimət də nə qədər az gərginlik olarsa, dövrədən bir o qədər az cərəyan axar. Əgər, gərginliyi (U) dəyişməz saxlayıb müqaviməti (R) dəyişsək, onda cərəyan ( I ) da dəyişəcək. Müqavimət artdıqca, qapalı dövrədə cərəyan azalacaqdır.
Bu asılılıq elektrotexnikanın əsas qanunlarından biri olub Om qanunu adlanır.
Qapalı elektrik dövrəsində cərəyanın I kəmiyyəti gərginliyin U kəmiyyəti ilə düz və onun müqaviməti R ilə tərs mütənasibdir, yəni :
Om qanununun verilmiş ifadəsində I – cərəyan Amperlə, U – gərginlik Voltla və R – müqavimət Omla ölçülür. ifadəsindən müqaviməti asanlıqla təyin etmək olar: , yəni qapalı dövrənin müqaviməti gərginliyin – U cərəyana I olan nisbətinə bərabərdir.
Əgər, müqaviməti ( R ) keçiriciliklə ( G ) əvəz etsək düstur aşağıdakı kimi alınar:
I = G∙U,
yəni, elektrik cərəyanının qiyməti dövrənin keçiriciliyinin onda olan gərginliyə hasılı ilə düz mütənasibdir.
Om qanunundan istifadə edərək gərginliyi təyin etmək olar:
U = I∙R,
Yəni, dövrə hissəsindəki gərginlik ( U ) cərəyanın ( I ) müqavimətə ( R ) olan hasilinə bərabərdir.
Dostları ilə paylaş: |