Şəkil 4. Müqavimətlərin paralel birləşməsi
Bu halda cərəyan paralel qoşulmuş müqavimətlər üzrə şaxələnir və istənilən dövrə üçün eyni olmur. Ümumi cərəyanın qiyməti şaxələnmiş cərəyanların cəmi kimi təyin olunur:
I = I1 + I2 + I3 + ... + In;
Paralel birləşmədə (qoşulma) cəmlənmiş müqavimət istənilən paralel qolların müqavimətindən az olur.
Keçiricilik isə paralel qolların keçiriciklərinin cəminə bərabərdir:
G = G1 + G2 + G3 + ... + Gn;
Keçiricilik müqavimətin əks kəmiyyəti olduğu üçün yazmaq olar:
.
Bu kəsri ümumi məxrəcə gətirib çevirsək alarıq:
.
Şəkil 5. Müqavimətlərin qarışıq birləşmələri
Əgər qapalı dövrədə eyni zamanda ardıcıl və paralel birləşmələr olarsa buna qarışıq birləşmə deyilir (şəkil 5). Qarışıq birləşmədə dövrənin tam müqavimətini təyin etmək üçün əvvəlcə paralel qolların cəmlənmiş müqaviməti tapılır, sonra isə ardıcıl birləşmiş qolların müqaviməti cəmlənir.
Dostları ilə paylaş: |