3// Heyvandarlıqda elektrikləşdirilmiş istehsalat prosesləri.
Heyvandarlıq avadanlığının seçilməsi heyvan saxlanma texnologiyası və istehsalat proseslərinin kompleks mexanikləşdirilməsi ilə təyin edilir. Odur ki, avadanlığın düzgün seçilməsi həmin istehsalatın effektiv işləməsinin təminatı olmuş olur.
Respublikamız üçün ənənəvi olaraq iri buynuzlu mal-qara saxlanması və qoyunçuluq əsasən inkişaf etmişdir. Belə olduğu halda əsas diqqət heyvandarlığın istiqamətlərinə yetirilir.
İri buynuzlu mal-qaranın saxlanmasında elektrikləşmiş texnoloji proseslər: yemin hazırlanması, yemin paylanması, peyinin təmizlənməsi, su təchizatı, binanın daxilində mikroiqlimin saxlanması, südün sağılması və ilk emalıdır.
Qoyunçuluqda isə elektrikləşmiş texnoloji proses yunun qırxılması və presləşdirilməsidir.
Yemin hazırlanması prosesinin elektrikləşdirilməsindəheyvanların miqdarı, saxlanma üsulu, yem rasionu və yemləmə müddətinin bilməsi tələb olunur.
Yemin hazırlanmasında istifadə olunan elektrikləşdirilmiş maşınlar yemlərin doğramasında, xırdalanmasında, pörtləməsində istifadə olunurlar. Bundan başqa, bu seriyalı maşınlarla yanaşı ilkin emal olunan məhsulların nəqli üçün elektrikləşmiş nəqletdirici avadanlıqlar da istifadə olunurlar.
Dostları ilə paylaş: |