qazla işıqlanan lampalar. Burada elektrik boşalması zamanı qazın və yaxud, metal buxarının şüalanması istifadə olunur;
elektrodla işıqlanan lampalar. Bu lampalarda boşalmaprosesindəközərən elektrodların şüalanması istifadə olunur.
lüminesent lampaları. Bunlarda əsas şüalanma mənbəyi elektrik boşalmasından təsirlənən lüminaforlardır.
Optik şüalanma qazboşalma mənbələrindən ən geniş yayılanları civə buxarında elektrik boşalması istifadə edilən lampalardır. İşçi rejimdə daxilində baş verən təzyiqdən asılı olaraq, onları şərti sürətdə aşağıdakı kimi sinifləşdirmək olar:
1) aşağı təzyiqli lampalar – elektrik boşalması təzyiq 0,01 MPa-a qədər olduqda baş verir;
2) yüksək təzyiqli lampalar – işçi rejimdə təzyiq 0,01...1 MPa olur;
3) ifrat təzyiqli lampalar – elektrik boşalması təzyiq 1 MPa-dan artıq olduqda baş verir.
Dostları ilə paylaş: |