Bilet 1 Elektrik dövrələrinin elementləri


// Avtomatik idarə etmə haqqında anlayış



Yüklə 0,68 Mb.
səhifə58/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   54   55   56   57   58   59   60   61   ...   106
elekson

4// Avtomatik idarə etmə haqqında anlayış

İnsanların bilavasitə iştirakı olmadan müxtəlif proseslərin idarəedilməsinə avtomatik idarəetmə deyilir. Sonuncu, müvafiq avtomatika və telemexanika texniki vasitələri ilə bir neçə ayrı proseslərin avtomatik yerinə yetirilməsini birləşdirən ümumi texnoloji prosesi təmin edir. Avtomatik idarəetmədə istifadə olunan texniki sistemlər iki yarımsistemdən ibarətdir: quruluş və idarəetmə obyekti.

İdarəetmə quruluşu – avtomatik idarəetmə sistemi olmaqla, onun köməyi ilə prosesin parametrlərinə təsir və ona nəzarət əmələ gətirilir.

İdarəetmə obyekti – yarımsistem olmaqla, ona verilmiş müvafiq şəraitə görə məqsədyönlü təsir edilir.

Təyinatına görə avtomatik idarəetmə sistemləri müxtəlif strukturlara malikdirlər: qapalı olmayan idarəetmə ( quruluşun və idarəetmə obyektinin ardıcıl birləşməsi ); qapalı idarəetmə ( idarəetmə obyektinin çıxışında əks əlaqənin mövcudluğu ).

Qapalı olmayan idarəetməni X idarəedilən kamiyyətə Xgir verici kəmiyyətlə asılı olmayan siqnalların selinin köməyi ilə təsirində istifadə edirlər ( şək. 11, a ).

Qapalı idarəetməni X idarəedilən kamiyyətə Xger verici kamiyyətlə əks əlaqə siqnalları selinin köməyi ilə təsirində istifadə edirlər ( şək. 11, b).

Qapalı idarəetmənin xüsusi halı şək. 11,c–də göstərilib: idarəetmə X idarəedilən kamiyyətin Xgir verici kəmiyyətlə aydınlaşması nəticəsində əmələ gəlir. Bu zaman idarəedilən kamiyyətinin müntəzəm olaraq ölçməsi onun verilmiş kamiyyətlə müqaisəsi və idarəetmə obyektinə müvafiq təsir göstərməklə idarəedilən kamiyyəti verici kamiyyətə müvafiq olmasını əmələ gətirir. Belə qapalı idarəetməyə nizamlama deyilir.

Nizamlama – qapalı idarəetmənin xüsusi növüdür. Avtomatik nizamlama nəzarət olunan kamiyyətinin qiymətini müntəzəm saxlanmasını və ya nizamlayıcı quruluşlar ( nizamlayıcı ) adlanan xüsusi quruluşların köməyi ilə bir prosesin verilmiş qanuna uyğun dəyişməsini əmələ gətirir.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin