Bilet 1 Elektrik dövrələrinin elementləri



Yüklə 0,68 Mb.
səhifə76/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   72   73   74   75   76   77   78   79   ...   106
elekson

Elektrik zədələri yanıq, elektrik nişanı, dərinin metallaşması, mexaniki zədələnmələr və elektrooftalmiya formalarında ola bilər. Elektrik yanığı cərəyan şiddəti 1A-dən çox olan cərəyanın bədəndən keçməsi nəticəsindən və ya temperaturu 4000S-dən yüksək olan elektrik qövsünün əmələ gətirdiyi təsirdən ibarətdir. Elektrik nişanı insan bədəninin cərəyan daşıyan hissə ilə təmasda olduğu yerdə dərinin sarımtıl və ya sarımtılaq rəngli, qabar şəkilində şişməsindən ibarətdir. Dərinin metallaşması isə, elektrik cərəyanının təsirindən sıçrayan və buxarlanan hissəciklərin dərinin səthinə nüfuz etməsi nəticəsində əmələ gələn ləkələrdir.

Elektrik cərəyanı əgər bütünlüklə orqanizmdən keçərsə və bu zaman tənəffüs orqanları, ürək, sinir sistemi digər üzvlər tam və ya qismən iflic olarsa, belə hadisəyə elektrik zərbəsi deyilir.

Elektrik cərəyanının təsirindən insanın huşunu itirməsi nəticəsində hündürlükdən düşdükdə və digər hadisələrdə aldığı zədələr elektrik cərəyanının təsirindən alınmış mexaniki zədələr adlanır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin