Bilet 13
1// Rubilniklər, paket açarlar və çeviricilər
Rubilniklər və çeviricilər 440V-a qədər gərginlikli sabit cərəyanlı və 500V-a qədər dəyişən cərəyanlı elektrik dövrələrinin əllə qoşulması, çevirilməsi və açılması üçün təyin edilib. Rubilnik və çeviricilər 100-dən 600A-ə qədər hazırlanır, bir, iki və üç qütblü növdə istehsal olunur. Konstruksiyasına görə onlar stansiya və yarımstansiyaların paylayıcı qurğularının dəstləşdirilməsində açıq tipli, eləcə də, mühafizə örtüklü tək elektrik qurğuları üçün ola bilər.
Rubilniklərin və çeviricilərin intiqalı mərkəzi lingli və yan dəstəkli ola bilər. Hərəkət edən kontaktlar 2 – rubilnikin bıçaqları dayaqların oxu ətrafında çevirilərək yaylı məsamə şəkildə yerinə yetirilmiş, hərəkət etməyən kontaktlar 1 girir (şəkil 1 ). Bütün qütblərin bıçaqları izoləedilmiş dəstəyə bərkidilən tamasa birləşdirilir. İntiqal lingli rubilniklərdə istifadə olurlar.
Dostları ilə paylaş: |