Şəkil 1. Rubilnik:
1 – hərəkət etməyən kontaktlar; 2 – hərəkət edən kontaktlar.
Rubilnik və çeviricilərin növlərinin şərti işarəsindəki rəqəm və hərflər aşağıdakı kimi oxunur: hərfdən sonrakı rəqəm qütblər sayı (1, 2 və ya 3), ikinci – nominal cərəyan (1 - 100A, 2 – 250A, 4 – 400A, 6 – 600A). Məsələn, P24 – tipli rubilnikdə 2 – ikiqütblü, 4 – 400A cərəyana hesablanıb.
Paket açarları və çevricilər böyük gücə malik olmayan 400A cərəyana qədər 220V gərginlikli sabit və 380V gərginlikli dəyişən cərəyan dövrəsinin vaxtaşırı qoşulması üçün təyin edilir. Onlar açıq yerinə yetirmə və eləcə də mühafizəli örtüklü buraxılır. Bu qurğular paylayıcı qurğuların şitlərində quru binalarda quraşdırılmaq üçün hesablanmışdır.
Paket açar birgə yığılmış bir neçə paket 3 və intiqal mexanizmdən 1 (şəkil 2 ) ibarətdir. Hərəkət etməyən kontaktlar 5 iri lövhələr kimi bürüncdən hazırlanır. Hərəkət edən kontakt 6 dəstəklə 2 açarın izoləedilmiş kvadrat valı 4 üzərində yerləşdirilir və onunla birlikdə çevirilə bilir.
Hərəkətli kontaktın hərəkəti intiqal mexanizmin köməyi ilə əmələ gəlir. Dəstək çevirildikdə əvvəl yay işə salınır, sonra isə bu yay kontakta tələb olunan sürəti verir. Paket açarlar və çeviricilər rubilniklərlə müqayisədə böyük üstünlüklərə malikdirlər. Onlar kiçik ölçülü, quraşdırmada rahat, vibrasiya və zərbələrə dəvamiyyətlidirlər.
Dostları ilə paylaş: |