Bilet 1.
1)Metrotologiya – ölçmələr haqqında elmdir
Metrologiya sözü iki yunan sözündən:
" metro"-ölçü və "logos"-elm sözlərindən ibarət olub,
“ölçülər haqqında elm” kimi tərcümə olunur. Metrologiya-ölçmələr, metodlar və onların
vəhdətinin təminatı vasitələri və tələb edilən dəqiqliklərə nail olunma üsulları haqqında elmdi
r.
Ö
lçmə-insanın dərk etmə fəaliyyətində ən qədim peşələrdən hesab olunur.Qədim zamanlarda
insanlar yalnız bircinsli obyektlərin-heyvanların baş sayının, hərbiçilərin sayının və s.
hesablanması ilə kifayətlənmişlər. Belə hesablama forması fiziki kəmiyyət anlayışının daxil
edilməsi və şərti ölçmə vahidinin müəyyən edilməsini tələb etmirdi.Hesablamanın aparılması
üçün xüsusi texniki vasitələrin hazırlanması və istifadəsinə tələb
olmamışdır.Cəmiyyət inkişaf
etdikcə müxtəlif kəmiyyətlər məsafə, çəki, ölçülər, həcm və s. kəmiyyətcə
qiymətləndirilməsinə ehtiyac yaranmışdır. Bu qiymətləndirmənin hesablama forması
nı
(saymaqla)
etməyə çalışırdılar, bunun üçün təbii və antropoloji vahidlər seçilirdi. Məsələn,
zamanı sutka, illə; xətti ölçüləri-qarışla, dirsəklə; məsafəni-addımla, sutkalıq yolla ölçürdülər.
Sonradan, sənaye inkişaf
etdikcə xüsusi qurğular-müxtəlif kəmiyyətlərin kəmiyyətcə
qiymətləndirilməsi üçün ölçmə vasitələri yaradıldı. Beləliklə saat, tərəzi, uzunluq ölçüləri və
digər ölçmə qurğuları yarandı. Ölçmələr öz inkişafının müəyyən dövründə müxtəlif ölçülər və
onların arasındakı nisbətlər haqqında elmin-metrologiyanın yaranmasına səbəb oldu.