4)Ovallıq, təraşlıq, konusluluq
Ovallıq dairəlikdən meyllənmədir. Burada ovala oxşar fiqurdan ibarət olan real profilin en
kəsiyində ən böyük və ən kiçik diametrlər qarşılıqlı perpendikulyar istiqamətlərdə yerləşirlər.
Ovallığı bu ifadə ilə təyin edirlər.
∆ov=(dmax-dmin)/2
dmax-
dmin-
Ovallıq torna və yaxud cilalama dəzgahının şpindelinin vurması, pəstahın en kəsiyi formasının
düzgün
olmaması,
hissənin
disbalansı
və
s.
nəticəsində
baş
verir.
Silindrin formasının en kəsikdə meyllənmələri a-qeyridairəlik; b-ovallıq; c-təraşlanma
Təraşlanma dairəlikdən meyllənmədir. Burada en kəsiyin real profili əyrilik mərkəzləri
müxtəlif nöqtələrdə olan qövs parçaları ilə əhatə olunmuş çoxüzlü fiqurdan ibarət olur.
Miqdarca təraşlanma dairəlikdən meyllənmə təyin olunduğu kimi hesablanır. Təraşlanmanın
yaranmasının səbəbi emal prosesində hissənin ani fırlanma mərkəzinin vəziyyətinin
dəyişməsidir. Təraşlanma adətən mərkəzsiz cilalamada və dəzgah-tərtibat-alət-hissə sisteminin
kifayət qədər sərt olmadığı hallarda baş verir.
Konusaoxşarlıq, cəlləyəoxçarlıq, yəhərəoxşarlıq oxun düzxətlilikdən meyllənməsi, silindrik
səthlərin
profilinin
uzununa
kəsikdə
meyllənmələrinin
xüsusi
göstəriciləridir.Konusaoxşarlıqda doğuranlar düzxətli, lakin paralel olmurlar
.
Dostları ilə paylaş: |