3. Sınaqların aparılması
Sınaq - verilmiş məhsulun, prosesə yaxud xidmətin bir yaxud bir neçə xarakteristikasının
müəyyən olunmuş prosedura uyğun təyinindən ibarət texniki əməliyyatdır.
Sınaq obyekti - sınağa uğradılan məhsuldur.
Sınaq metodikası - müəyyən metodika ilə sınağın keçirilməsində praktiki təsirlərin müfəssəl
təsviri olub, bircinsli məhsullar qrupu üzrə (nümunəvi metodika) yaxud konkret məhsullar
üzrə (işçi metodika) isti fadə etmək olar.
Sınaq nəticələri - məhsulun xarakteristikasının sınağında alınan qiy- mətlərdir.
Sınaq protokolu - sınağa aid olan sınaq nəticələri üzrə dıgər informasiyalara malik, sənəddir.
Sınaq şəraiti - sınaqda obyektə təsir edən amillər və fəaliyyət rejiminin çoxluğudur.
Sınaq vasitəsi- sınağın keçirilməsi üçün zəruri olan avadanlıqların, ölçmə vasitələri və
köməkçi texniki qurğuların daxil olduğu texniki qur ğudur.
Sınaq icraçıları - sınaq prosesində iştirak edən personallardır.
Sertifikasiya sınağında məqsəd - məhsul nümunəsinin müəyyən olunmuş təhlükəsizlik
tələblərinə uyğunluğunun ilkin yoxlanmasıdır.
Sınaq prosesinin əsas təşkiledicisi - sınaq obyekti, sınaq şəraiti, sınaq vasitələri və sınaq
icraçılarıdır.
Dostları ilə paylaş: |