2) Oturtmalar sisteminin seçilməsi.
Maşın hissələrinin konstruktiv xüsusiyyətləri və hazırlanma texnologiyalarından asılı olaraq
oturtmanın hər iki sisteminin (yuva sistemi və val sistemi) tətbiqi lazımdır. Hər hansı bir
birləşmənin normal işləməsi üçün yalnız araboşluğu və gərilmələrin düzgün təyin edilməsi əsas
amil hesab edilir
. Oturtmaların hansı sistemdə olmasının heç bir əhəmiyyəti olmur. Bu və ya
digər sisteminin seçilməsi hissələrin hazırlanmasının qiymətini müəyyən edir.Kiçik və orta
diametrli yuvaların alınmasında zenkerləmə, burğulama və rayberləmə ən sadə və ucuz
texnologiyalar hesab edirlər. Yuvanın yararlı
lığına tıxaclarla nəzarət olunur. Bununla yanaşı
hər bir alət yalnız bir yuvanın emalında və nəzarət olunmasında istifadə oluna
bilər.Oturtmaların elə sistemini tətbiq etmək lazımdır ki, orda müxtəlif ölçüdə olan yuvaların
sayı az olsun. Yuva sistemində müxtəlif oturmaların təmin olunması valın ölçülərinin
dəyişdirilməsi nəticəsində əldə edilir. Lakin müxtəlif ölçülərdə vallar hazırlamaq üçün torna
yaxud cilalama dəzgahında supportun eninə verişini dəyişmək lazımdır
. Kəsici alətilərin
nomenklaturasını artırmaq tələb olunmur. Bu səbəbdən yuva sistemi əksər hallarda iqtisadi
cəhətdən əlverişli olduğu üçün geniş yayılmışdır və bununla yanaşı bəzi hallarda val sisteminin
tətbiq olunması məqsədə uyğundur. Onu aşağıdakı hallarda istifadə edirlər:oturtma yerləri
müxaniki emala uğradılmasından təmiz çəkilmiş valların istifadəsi mümkün olduqda.
vallarda yaxud nominal ölçünün ayrı-ayrı sahələrində bir neçə hissənin müxtəlif otrutmalarını
təmin etdikdə;birləşmədə val sistemi üzrə hazırlanmış standart düyünlər yaxud hissələr tətbiq
olunduqda (məsələn diyirlənmə yastıqlarında xarici həlqə-gövdə oturtması).
Avtotraktor sənayesində əksər hallarda yuva sistemindən istifadə edirlər.
|