3) Akkreditasiya olunan laboratoriyalara inspeksiya nəzarəti
Akkreditasiya edilmiş sınaq laboratoriyaları özünün akkreditasiya dairəsi hüdudunda
məhsulun tədqiqini
və ölçülməsini,sertifikatlaşdırma üzrə orqanla müqavilə şərtlərində aparır
və bu zaman qeyd olunan orqan akkreditasiya edilmiş sınaq laboratoriyasına ərizəçi haqqında
informasiya vermək hü
ququna malik deyildir.Akkreditasiya edilmiş sınaq laboratoriyası
tədqiqat və ölçmə nəticələrini uyğun protokolla tərtib edir
.Bunun nəticəsində sertifikatlaşdırma
üzrə orqan uyğunluq sertifikatının verilməsi yaxud imtinası haqqında qərar qəbul
edir.Akkreditasiya edilmiş sınaq laboratoriyası,tədqiqat və ölçmə nəticələrinin gerçəkliyini
təmin etməlidir.
Ərizəçinin hüquqları:
- texniki reqlamentə uyğun müəyyən məhsul növləri üçün nəzərdə
tutulan,uyğunluğun təsdiqi
forma və sxemindən istifadə
edə bilər.
- ərizəçinin sertifikatlaşdırılmasını planlaşdırdığı məhsulun yayılmış olduğu akkreditasiya
dairəsində,istənilən sertifikatlaşdırma
üzrə orqana məcburi sertifikatlaşdırmanı keçirmək üçün
müraciət e
də bilér
- Azərbaycan Republikasının qanunvericiliyinə uyğun olaraq Akkreditasiya üzrə
orqana,sertifikatlaşdırma orqanları və akkreditasiya olunmuş sınaq laboratoriyalarının
(mərkəzlərinin) düzgün olmayan fəaliyyəti haqqında şikayətlə müraciət etmək.
Ərizəçinin vəzifələri:
- texniki reqlamentin tələblərinə uyğun məhsulla təmin etmək;
- uyğunluğu məcburi təsdiq edilməyə cəlb edilən,ancaq belə uyğunluğun təsdiqindən sonra
məhsulun dövriyyəyə buraxılmasını;
- məhsulun markalanmasında və qoşma texniki sənədlərdə uyğunluq sertifikatı yaxud uyğunluq
deklorasiyası haqqında məlumatın göstərilməsini;
- texniki reqlamentin tələblərinə riayət edilməsi,həmçinin məhsulun texniki reqlamentin
tələblərinə uyğunluğunu təsdiq edən sənədi dövlət nəzarəti (müfəttişliyi) orqanlarına və
maraqlı şəxslərə təqdim etmək (uyğunluq deklorasıyasını,uyğunluq sertifikatını yaxud onların
sürətini);-əgər uyğunluq sertifikatı yaxud uyğunluq deklorasiyasının qüvvədə olma müddəti
başa çatarsa , uyğunluq sertifikatı yaxud uyğunluq deklorasiyasının qüvvədə olması
dayandırılmış yaxud qurtarmışdırsa,məhsulun reallaşdırılmasını dayandırmaq yaxud son
vermək;
- texniki sənədlərə yaxud sertifikatlaşdırılmış məhsul istehsalı texnoloji proseslərinə daxil
edilmiş dəyişikliklər haqqında sertifikatlaşdırma orqanlarını məlumatlandırmaq;
- texniki reqlamentin tələblərinə riayət edilməsinə dövlət nəzarəti
(müfəttişliyi) orqanının qərarı əsasında,uyğunluğun təsdiqinin ba-
şa çatdığı və texniki reqlamentin tələblərinə uyğun olmadıqda,
məhsulun istehsalının durdurulmasını.
Dostları ilə paylaş: |