Bilet 1 Metrotologiya – ölçmələr haqqında elmdir


 Xətaların əsas növləri və onların yaranmasının səbəbləri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə23/62
tarix02.01.2022
ölçüsü1,98 Mb.
#37574
1   ...   19   20   21   22   23   24   25   26   ...   62
Bilet 1

2. Xətaların əsas növləri və onların yaranmasının səbəbləri 

 


Ölçmə məlumatlarının siqnalını, müşahidəçinin birbaşa dərk etməsinə imkanı verən, başqa 

növ məlumatlara çevirmək üçün nəzərdə tutulmuş ölçmə vasitələrinə ölçmə cihazları deyilir. 

Ölçü cihazının xətası- onun göstəricisinin ölçülən kəmiyyətin əsl və ya həqiqi qiymətindən 

fərqidir və yaxud ölçmə nəticəsinin ölçülən kəmiyyətin həqiqi qiymətindən Xh sapmasına 

deyilir. Ölçmə xətası ∆X ilə işarə olunur.İfadə etmə xüsusiyyətindən asılı olaraq, xətalar 

mütləq, nisbi və gətirmə xətalarına ayrılırlar. Ölçmə nəticəsində alınan bu qiymət kəmiyyətin 

əsl qiymətindən həmişə fərqlənir. Həmin fərq ölçmə xətasıdır və müxtəlif səbəblərdən 

yaranır. Ölçünün mütləq xətası onun nominal qiyməti ilə ölçünün təcəssüm etdirdiyi 

kəmiyyətin əsl qiyməti arasındakı fərqə bərabərdir.Elektrik ölçmə cihazının mütləq xətası 

cihazın göstərişi ilə ölçülən kəmiyyətin əsl qiyməti arasındakı fərqə bərabərdir. mütləq xətası 

(girişə görə) ölçülən kəmiyyətin çeviricinin girişində dərəcələmə xarakteristikası əsasında 

çıxış siqnalının əsl qiymətinə görə müəyyən olunmuş qiyməti ilə giriş kəmiyyətinin əsl 

qiyməti arasındakı fərqə bərabərdir 

 

Təsadüfi xətaların qiymətləri əvvəlcədən məlum olmur onlar çoxlu sayda dəqiqləşdirilməmiş 

faktorlardan yaranır. Təsadüfi xətalar, təsadüfi təsir edən səbəblərdən asılı olan, hazırlanma 

və ölçmə zamanı yaranan, mütləq qiymətlərinə və işarələrinə görə qeyri sabit olan xətalardır. 

Təsadüfi xətalar emal payından, materialın mexaniki xassələrindən, kəsmə qüvvələrindən, 

ölçmə qüvvələrindən, ölçmə şəraitindən və s. yarana bilər. Təsadüfi xətaların baş vermə 

səbəblərindən ən başlıca

 olanı insan amilidir.Ölçmə işini yerinə yetirən personalın istifadə 

etdiyi ölçmə vasitəsinin dəqiqliyi tələblərinə uyğun ölçmə

lər aparmalıdir.

 

Sistematik xətaları müəyyənləşdirmək və aradan götürmək olar. Lakin real şəraitdə xətaların 



sistematik tərkibini aradan qaldırmaq mümkün deyil. Həmişə bu xətaların aradan 

qaldırılmamış müəyyən qalıqları qalır . Sərhədlərini qiymətləndirmək üçün, onları nəzərə 

almaq lazımdır. Bu da ölçmənin sistematik xətası olacaqdır.

 

 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin