4) Çəlləkvarilik, yəhərvarilik və müstəvilikdən meyletmə
Çəlləyəoxşarlıqda doğuranlar düzxətli olmur və diametrlər kənardan mərkəzə qədər
böyüyürlər (şək. 2.9, b). Çəlləyəoxşarlığın yaranmasının səbəbi ən çox sərtliyi az olan
valların mərkəzlər üzərində emal olunmasıdır.
Yəhərəoxşarlıqda doğuranlar düzxətli olmurlar və diametrlər kənardan mərkəzə doğru
kiçilirlər (şək. 2.9, c).
Konusaoxşarlıq, çəlləyəoxşarlıq və yəhərəoxşarlıq miqdarca eyni uzununa kəsikdə ən böyük
və ən kiçik diametrlərin yarım fərqlərinə bərabərdir.
Müstəvilikdən meyllənmə yastı səthlərin formasının meyllənmələrinin kompleks
göstəricicıdr. Formanın meyllənmələrinin məcmusu ilə xarakterizə olunur və kəmiyyətcə real
səthdən 2 yatan səthə 1 qədər olan ən böyük məsafəyə bərabər qəbul edilir şək. 2.10.
|