1. İntellektual sistem (İnS) – bu məsələnin həlli zamanı insanın iştirakı olmadan intellektual dayaqlı informasiya hesablama sistemləridir. İnS heç vaxt insanı əvəz edə bilməz, sadəcə o insan intellektinin və hesablama sistemlərinin inteqrasiyasıdır. Başqa sözlə desək qeyri səlistliyin (təqribi hesablamaların) dəqiq hesablama üsulları ilə inteqrasiyasıdır. 2. İntellektləşdırılmış sistem – bu məsələnin həlli zamanı insanın iştrakı ilə intellektual dayaqla süni hesablama sistemləridir. 3. İntellektual dayaqlı sistem – bu elə sistemdir ki, özü qərar qəbul edə bilir.
Sistemin sərbəst qərar qəbul etməsi dedikdə, onun informasiyanı qəbul edərək analiz etmək, onu başa düşmək və yeni nəticələr çıxarmaq, nəticəni formalaşdırmaq və öz növbəsində qəbul olunmuş inteqrallaşmış həllin korreksiya olunaraq “yaxşılaşmasını” həyata keçirən sistem kimi başa düşülür. Bu halda intellektləşdirilmiş sistemi aşağıdakı şərtlər daxilində qərar qəbul edə bilən sistem kimi başa düşəcəyik :
İnformasiya verilənlər bazasının böyük həcmli emalı və analizi zəruriyyəti ;
Məhdudlaşmış informasiya ;
Qeyri-müəyyənlik ;
Çoxölçülü sahə ;
Situasiyanın aşkarlanması zəruriyyəti ( təsvirlər, səhnələr və s.) – layihələndirmə, istehsal, istismar ;
Məsələnin həllinə təsir göstərən dinamik, inqlabi, stasionar olmayan faktlar ;
Biliklərin formalaşması və təsvir olunması ;
Adaptasiya, özünütəlim, özünütəşkil və s. ;
Bu cür şərtlər daxilində SHS məsələnin həlli zamanı zəruri surətdə riyazi, alqoritmik, proqram və instrumental dayağa malikdirsə, onda belə hesab edəcəyik ki, o müxtəlif məsələlərin geniş siniflərinin həlli zamanı intellektual dayağa malikdir. Başqa sözlə desək formal olaraq yazmaq olar : İnS= |