Ekspert sistemləri (biliklərə əsaslanmış sistem) – konkret predmet oblastlarında yüksək ixtisaslı mütəxəssislərin biliklərinin formal şəklini akkumlyasiya edən mürəkkəb proqram kompleksidir. Ekspert sisteminin strukturu şəkil 2.3.-də göstərilmişdir.
Şəkil 2.3. Ekspert sisteminin strukturu
İstifadəçi –ekspert sisteminin təyin olunduğu predmet oblastının orta səviyyəli mütəxəssisi. Biliklər mühəndisi (koqnitoloq, mühəndis-interpretoloq, analitik) – intellektual sistemlərin yaradıcılarından biri olub ekspert və biliklər bazası (BB) arasında aralıq bufer rolunu oynayan intellektual informasiya ixtisasçısıdır – obyektlər haqqındakı bilikləri BB-da təsvir edilməsini həyata keçirir. O bütün bilik formalarından öz işində istifadə edir: yaddaşda olan biliklər; kitablarla olan biliklər; bilik sahəsi; bilik modeli; biliklər bazası. Bilik mühəndisliyi bütün elmlərin ümumi dilinin yaradılmasına cəhd edilən prosesdir. Deməli bilik mühəndisi bilik mühəndisliyini – bilik istehsalı texnologiyasını həyata keçirir. Bilik mühəndisliyi istiqamətlər və qaydalar(biliklər) inkişaf etdirmək üçün böyük məlumat və məlumat hasilatıdır. Ekspert – baxılan predmet oblastında öz təcrübəsi ilə bölüşməyə razılaşan yüksək ixtisaslı ixtisasçı. Məsələn, mətnlərin təsnifatlaşdırılması zamanı müxtəlif sahələr üzrə lüğətlərin yaradılması ekspertlər tərəfindən aparilir.. Biliklər bazasının intellektual redaktoru –dialoq rejimində bilik mühəndisinə bilik bazasını yaratmağa imkan verən proqram. İstifadəçinin interfeysi –İnS-in funksiyalaşmasının bütün mərhələlərində istifadəçinin İnS ilə dialoqunu reallaşdıran proqram kompleksi. Biliklər bazası(BB) – İnS-in özəyi, biliklərin təsviri dilində maşın daşıyıcısına yazılmış predmet oblastındakı biliklərin cəmi. Biliklər bazası istənilən intellektual sistemin əsasıdır. Qərar qəbul edən( məntiqi nəticə maşını, deduktiv maşın, interpretator) – BB-da olan biliklərə əsaslanaraq ekspertin mühakimələrini modelləşdirən proqram. İzah etmə sistemi – istifadəçilərin suallarına avab verən proqram: bu və ya digər təlimat necə alınıb və nəyə görə sistem belə qərar qəbul edib? ES sintezi texnologiyası – zəif strukturlaşdırılmış predmet oblastlarında formalaşmamış məsələlər həlli zamanı ekspertlərin bilikləri əsasında sistemin yaradılması. İnS-in intensiv istehsalının təcrübəsi göstərir ki, 8-10 tipli məsələlər mövcuddur (cədvəl 1.1). Ümumi halda bütün İnS-lərdə həll olunan məslələri analizi və sintez məsələlərinə bölmək olar. Analiz məsələlərinə misal olaraq verilənlərin interpretasiyası məsələsi və diaqnostikasını və sintez məsələsinə isə
Cədvəl 2.1. İnS-də həll edilən məsələlərin tipləri.