Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə73/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

3. Aminturşuların biosintezi: Aminturşular əvvəlcə bitkilərdə qeyri-üzvi 
maddələrdən sintez olunur. Bitki hüceyrələrində aminturşuların sintezi üçün ilkin 
material kimi ammonyakdan nitrat turşusunun duzlarından və xloroplastlarda 
fotosintez yolu ilə sintez edilən karbohidratlardan istifadə edilir. Heyvani toxuma-
larda aminturşuların bir qismi sintez olunur (əvəzedilən aminturşular). Bir hissəsi 
isə orqanizmdə sintez olunmur (əvəzedilməyən aminturşular). 
Aminturşuların ilk sintezi ketoturşuların reduksiya olunmaqla aminləşmə 
yolu ilə və doymamış turşuların birbaşa aminləşməsi ilə baş verir.
Doymamış turşuların birbaşa aminləşməsi – bitkilər və bakteriyalar üçün 
xarakterikdir.
Reduksiya olunmaqla aminləşmə və oksidləşməklə aminsizləşmə proses-
lərində aminturşuların sintez proseslərinin başlıca yollarıdır. Bunlar aşağıdakı 
reaksiyalarla baş verir.
COOH COOH 
│ │ 
CH + NH
3
Aspartat: ammiak-liaza
CH−NH
2
║ │ 
CH CH
2
│ │ 
COOH COOH 
 Fumar Asparagin 
Turşusu turşusu 
downloaded from KitabYurdu.org


133 
1) Ketoturşulara ammonyakın birbaşa birləşməsi nəticəsində iminturşuların 
alınması. 
Piroüzüm turşusunun alanindehidrogenaza fermentinin iştirakı ilə ammon-
yakın birləşməsi aşğıdakı reaksiya vasitəsilə baş verir və nəticədə iminpropion 
turşusu alınır.
2) İminturşuların reduksiya olunmaqla aminturşulara çevrilməsi. 
Aminturşularını sintez etmə səviyyələrinə görə bitki və heyvan orqanizmi 
bir-birindən fərqlənirlər. Bitki orqanizmində 100-dən çox aminturşu molekulu 
sintez olunur. Onların bir hissəsi təbii zülalların tərkibində rast gəlinir. Çox hissəsi 
isə nadir halda rast gəlinir və özlərinə məxsus quruluşdadırlar ya sərbəst halda, ya 
da digər bioüzvi maddələrin tərkibində olurlar.
Bitki orqanizmində ketoturşuların reduksiya olunmaqla və birbaşa aminləş-
mə reaksiyası geniş yer tutur və bitkilər üçün xarakterikdir. Heyvan orqanizmində 
isə müvafiq ketoturşuların birbaşa aminləşmə reaksiyası üstünlük təşkil edir. 
Məsələn, qlütamin turşusundan asparagin turşusunun sintezi aşağıdakı kimidir.
Bitki orqanizmindən fərqli olaraq insan və heyvan orqanizmində zülal 
aminturşularının təxminən yarısı sintez olunur (əvəzolunanlar). Yerdə qalan zülal 
aminturşularının təxminən yarısı insan və heyvan orqanizmində sintez olunmur 
COOH COOH COOH COOH 
│ │ │ │ 
CH−NH
2
+ C=O
Aminotransferaza
C=O + CH−NH
2
│ │ │ │
CH
2
CH
2
CH
2
CH
2
│ │ │ │ 
CH
2
COOH CH
2
COOH 
│ │ 
COOH COOH 
Qlutamin Quzuqulağı sirkə α-Ketoqlutar Asparagin 
 turşusu turşusu turşusu turşusu 
CH
3
CH
3

Alanindehidrogenaza
│ 
C=O + NH
3
+ NADN + H
+
CH−NH
2
+ NAD
+
│ │ 
COOH COOH 

Alanin
 
CH
3
CH
3
│ │ 
C=O + NH
3
Alanindehidrogenaza 
C=NH + H
2

│ │ 
COOH COOH
Piroüzüm İminpropion
 turşusu turşusu 
downloaded from KitabYurdu.org


134 
(əvəzolunmayanlar), ancaq qida vasitəsi ilə orqanizmə daxil olur. Bu bölgü şərtidir. 
Heyvanın növündən asılı olaraq dəyişir. Məsələn, ev quşları üçün arginin əvəzedil-
məyən aminturşudur.
Əvəzedilməyən aminturşularının insan qidasında və heyvani yemlərdə 
çatışmamasından maddələr mübadiləsində pozğunluqlar baş verir. Beləki, böyümə 
və inkişafda ləngimələr baş verir. Bitki zülallarında bəzi əvəzolunmaz (lizin, 
metionin, triptofan) aminturşuları hiss olunan dərəcədə az rast gəlinir. Onları qida 
rasionuna daxil edirlər.
Heyvanların sağlam inkişafı üçün qidada əvəzedilməyən aminturşuları 
müəyyən nisbətdə olmalıdır. Bu nisbət siçovullar, toyuqlar, böyüyən donuzlar üçün 
təxminən müəyyən edilmişdir. İri donuzların yem payında lizin-2,5%, leysin-0,8%, 
arginin-0,25%, valin-1,42%, izoleysin-1,0%, fenilalanin-0,9%, treonin-1,0%, 
metionin-0,6%, histidin-0,5% və triptofan-0,2% olmalıdır.
Ümumdünya sağlamlıq təşkilatının məlumatına görə dörd əsas amintur-
şusunun illik təlabatı aşağıdakı miqdarda təşkil edir: lizin-5 mln.t, metionin-4 
mln.t, treonin-3,7 mln.t, triptofan isə-2 mln.t. İndiki zamanda bu istehsal insan 
orqanizminə əvəzolunmaz aminturşulara olan təlabatı tam ödəmir. İnsanın sutkalıq 
təlabatını ödəmək üçün əvəzedilməyən aminturşulardan triptofan-1,02q; treonin-
2,0-3,02q; lizin-3,5q; metionin-2,4q; fenilalanin-2,0-4,0q; valin-4,0q; leysin-4,6q 
və izoleysin-3,0-4,0q olmalıdır. 
Tərkibində əvəzedilməyən aminturşularını saxlayan zülallar bioloji (qidalı) 
dəyərli sayılır. Əvəzedilməyən aminturşuları olmayan zülallar isə bioloji (qidalı) 
dəyərsiz zülallar adlanır. Heyvan zülalları bioloji dəyərli, bitki zülalları (zein, 
qordein, qliadin, lequmin və s.) isə bioloji az dəyərlidir. Çünki sonuncularda 
əvəzedilməyən aminturşularının bəziləri olmur.
Zülalların bioloji (qidalı) dəyərliyi onun tərkibindəki əvəzolunmayan amin-
turşularının olması ilə bərabər, həm də zülalın orqanizm tərəfindən mənimsənilmə 
dərəcəsi (səviyyəsi) ilə də ölçülür. Bu göstərilən mənimsəmə nə qədər çox olarsa 
zülalın keyfiyyəti bir o qədər yüksək olur. Bu cəhətdən yumurta və südün zülalları 
bioloji (qidalı) dəyərli sayılır və zülal tərkibli qidalar üçün etalon hesab edilir. 
İnsanların zülala olan tələbini bioloji (qidalı) dəyərli zülallar (kazein, süd 
albumini, yumurta albumini və s.) tam ödəyir. Heyvanların rasionundakı zülalların 
tam dəyərli olması məsələsi əsas iki yolla həll edilir. Birincisi mikrobioloji yolla-
bu məqsədlə mikroorqanizmlərdən istifadə edilir. Digəri isə yem bitkilərindən 
geniş istifadə etməkdir. Bu məqsədlə əvəzolunmaz aminturşularla zəngin olan yem 
bitkilərindən (amarant, raps, paxlalılar və s.) qarışıq halda heyvanların yem 
rasionuna əlavə etməklə onlarda ət və süd məhsuldarlığının artırılmasına nail 
olunur.
downloaded from KitabYurdu.org


135 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin