Pauli prinsipi. Atomda elektron örtüklərin quruluşu.
Beləliklə atomda elektronun kvant səviyyəsi dörd kvant ədədi ilə təyin olunur. Pauli prinsipinə (1925) görə hər bir kvant vəziyyətində dörd kvant ədədi eyni olan ancaq bir elektron ola bilər.
Hər bir elektron örtüyü olan laylarda (s,p,d,f,g,h) olan elektronların sayı: 2 düsturu ilə təyin olunur. Məsələn: S layında (l=0) ancaq iki elektron ola bilər ki, bumlarda spinin işarəsi ilə bir birindən fərqlənməlidirlər. P layında (l=1), 6 elektron ola bilər, bunlar öç maqnit ədədi ilə fərqlənir və bunların hər birinin spini də müxtəlif olmalıdır. d layında (l=2), 10 elektron ola bilər.
Hər bir layda olan elektronların sayı işarə olan hərflərin qüvvəti kimi göstərilir.
Elektronların atomdaelektron təbəqələri arasında paylanması Pauli prinsipi və enerjinin minimum prinsipinə tabedir. Elektron hallarının enerjisi əsasən n və l kvant ədədləri ilə müəyyən olunur. Atomun bbir haldan digərinə keçməsi kvant ədədlərinin dəyişməsi və elektron təbəqəsinin dəyişməsi ilə müşayət olunur.
hidrogen atomunda K səviyyəsində 1 elektron (1s) var.
He atomunda K örtüyündə 2 elektron (fərq spinlə ↑↓) olur (1s2).
Li-1s22s2.
Be-1s22s2.
B-1s22s22p1.
...........................
...........................
55. Cs-1s2 2s2 2p6 3s6 3p6 3d10 4s2 4p6 4d10 5s2 5p6 6s
Atom elektron örtüyündə (K,L,M,N,........) olan elektronların sayı düsturu ilə təyin olunur. Məsələn: K örtüyü üçün n=1, N=2; L örtüyü üçün n=2, N=8; M örtüyü üçün n=3, N=18 və.s.
Dostları ilə paylaş: |