0
Biokimyadan mühazirələr.
MƏRUZƏÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu
MÖVZU 1. GİRİŞ. BİOLOJİ KİMYA FƏNNİ, MƏQƏD VƏ VƏZİFƏLƏRİ,
ƏHƏMİYYƏTİ, DİGƏR ELMLƏRLƏ ƏLAQƏSİ
P L A N
1. Bioloji kimya fənni, predmeti, məqsəd və vəzifələri
2. Bioloji kimya fənninin yaranma tarixi
3. Biokimyəvi proseslər, onların getmə şəraiti, mexanizmi
4. Bioloji kimyanın əsas bölmələri
5. Bioloji kimyanın əhəmiyyəti və digər elmlərlə əlaqəsi
6. Canlı orqanizmin kimyəvi tərkibi
downloaded from KitabYurdu.org
1
Bioloji kimya (biokimya) - canlı materiyanın kimyəvi tərkibini, insan,
heyvan, bitki və mikroorqanizmlərin həyat fəaliyyətini təşkil edən kimyəvi
çevrilmələri və bu çevrilmələr zamanı orqanizmdə baş verən dəyşiriklikləri
öyrənən elmdir.
Bioloji kimya müstəqil elm kimi XIX əsrin ortalarında yaranmışdır. Onun
bir elm kimi formalaşmasında üzvi kimyanın, fiziologiyanın və anatomiyanın
böyük rolu olmuşdur. Lakin onun sürətlə inkişafı XX əsrdən başlayır. XX əsrin
başlanğıcında bioloji kimyanın kimyəvi əsasları yaranmşdır. Bu dövrdə canlı
materiyanın tərkibinə daxil olan birləşmələrin əsas tipləri ayırd edilmişdir. XX
əsrin ortalarından sonra bioloji kimya sürətlə inkişaf etdi. Molekulyar biologiya,
gen mühəndisliyi, biotexnologiya, bioqeyri-üzvi və bioüzvi kimya kimi elm
sahələrinin yaranması və inkişafı bioloji kimyanın sürətli inkişafına stimul yaratdı.
Biokimyəvi proseslər termodinamikanın (termokimyanın) qanunları ilə sıx
bağlıdır. Biokimyəvi reaksiyalar ani vaxtda millisaniyə (ml. san), mikrosaniyə
(mk. san.) ərzində sulu mühitdə başa çatır.
Su molekulasında olan hidrogen rabitəsi biomolekullarda əmələ gələn
hidrogen hidrofob rabitələrinin yaranmasına bir stimul verir.
Biomolekullar əsasən kovalent rabitə hesabına əmələ gəlmişlər. İon rabitəsi
ilə əmələ gələn birləşmələr əsasən bioüzvi birləşmələrin quruluşunun
saxlanmasında və biokimyəvi reaksiya-ların getməsində mühüm rol oynayır.
Təqdim etdiyimiz dərslikdə statik biokimyanın əsas bölmələri-canlı
materiyanın kimyəvi tərkibini, karbohidratların, lipidlərin, zülalların, nuklein
turşularının, fermentlərin, vitaminlərin, hormonların quruluşu, xassələri və onların
müxtəlif bioloji obyektlərdə yayılması miqdarını öyrənir. Dinamik biokimya
maddələr mübadiləsi və enerji mübadiləsi, karbohidratların, lipidlərin, zülalların
mübadiləsi, mineral maddələr mübadiləsi, maddələr mübadiləinin əlaqəsi və
vəhdəti öyrənilir.
Bioloji kimyadan Azərbaycan dilində latın qrafikası ilə yazılmış dərsliyin az
olması bu sahədə fənnin ali məktəblərin tələbələri tərəfindən öyrədilməsini olduqca
çətinləşdirir. Məhz bu çətinliyi aradan qaldırmaq üçün bu dərslik yazılmışdır.
Kitabın yazılmasına əsas səbəblərdən biri də mövcud ədəbiyyatların
köhnəlməsi və biokimyanın sürətlə inkişaf etməsidir. Belə ki, biomolekulların-
elektron mikroskopiya, rentgenospektroskopiya, nüvə maqnit rezonansı (N. M. R.),
xromatoqrafiya və elektroforezin yeni üsulları ilə tədqiqi bu kitabda nəzərə
alınmışdır.
Kitabda müəyyən nöqsanları da gələcəkdə aradan qaldırmaq üçün öz
məsləhətləri ilə kömək edən oxuculara müəlliflər əvvəlcədən səmimi təşəkkürünü
bildirir.
downloaded from KitabYurdu.org
2
Canlı orqanizmin müxtəlif növlərinin orqan və toxumalarında məlum olan
kimyəvi elementlərin çoxusuna təsadüf edilir. Onlardan 20 elementə bütün
canlıların orqan və toxumalarında rast gəlinir. Bunlar C, N, H, O, S, P, K, Na, Ca,
Mg, Mn, Zn, Fe, Cu, Co az miqdarda Mo, B, CI, I, Se olur.
Bunlar insan və heyvan orqanizmində yayılma miqdarına görə 2 qrupa
ayrılır: makroelementlərə (miqdarı 0,001%-dən artıq olanlar) C, N, H, O, S, P, K,
Na, Ca, mikroelementlərə (miqdarı 0,001%-dən az olanlar) B, Mn, Zn, Cu, Mo, Co,
B, Se, Ba, I, Sr və s. aiddir.
Cədvəl 1.
Orqanizmdə kimyəvi elementlərin miqdarı
Element
Miqdarı %-lə
Element
Miqdarı %-lə
O
62,48
Mo
0,027
C
21,15
J
0,014
H
9,86
F
0,009
N
3,10
Fe
0,005
Ca
1,90
Zn
0,003
P
0,95
Br
0,002
K
0,23
Al
0,001
S
0,08
Si
0,001
CI
0,08
Cu
0,00015
Na
0,08
Se
0,00001
Orqanizmin ümumi kütləsinin 96%-dən çoxunu, hüceyrənin 99%-ni əsas 4
element O, C, H və N təşkil edir. Onlar canlı orqanizmin əsasını təşkil edən əsas
üzvi maddələrin (zülalların, lipidlərin, karbohidratların) və suyun tərkibinə
daxildir. Bunlar orqanogen elementlər adlanırlar.
Canlı orqanizmin 70%-dən çoxunu su təşkil edir. Su orqanizmdə az da olsa
dissosiasiya edir H
+
və OH
-
ionlarına. Su orqanizmdə bütün toxuma və orqanlarda
olur, az bir hissəsi hüceyrədə birləşmiş haldadır. Suda bütün mineral və üzvi mad-
dələr ion və ya hidrat halında olur. Canlı orqanizmin 10%-ə qədərini mineral
maddələr təşkil edir. Orqanizmin əsas hissəsini zülallar (40-50%), karbohidratlar,
nuklein turşuları, lipidlər və s. 50-60% təşkil edir.
downloaded from KitabYurdu.org
3
Cədvəl 2.
Bəzi orqan və toxumaların kimyəvi tərkibi, %-lə
(S. M. Rappoportun göstəricilərinə görə)
Orqan və
toxuma
Su
Zülal
Lipid
Mineral maddə
Dəri
58
27
14
0,6
Sümük
28
20
25
27,0
Əzələ
70
22
6
1,0
Yağlı toxuma
23
6
71
0,2
Qaraciyər
71
22
3
1,4
Beyin
75
11
12
1,4
Hüceyrə canlıları cansızlardan fərqləndirən əsas xüsusiyyətlərə malikdir.
Hüceyrə canlıların əsas quruluş və funksional vahididir. Ayrı-ayrı orqan və
toxumaların hər birinin özünə məxsus hüceyrə quruluşu vardır. Hüceyrənin
tərkibində üzvi və qeyri-üzvi birləşmələr müxtəlif miqdardadır.
2-ci cədvəldən göründüyü kimi orqanizmin əsas kütləsini
su təşkil edir. Belə ki, dərinin 58%, əzələnin 70%, qaraciyərin 71%, beynin isə
75%-ni su təşkil edir. Həmçinin zülal, lipid, karbohidratlar və mineral maddələr
bütün orqan və toxumalarda müxtəlif miqdarda yayılmışdır.
Cədvəl 3.
Hüceyrənin kimyəvi tərkibi
( A. Hezenin göstəricilərinə görə)
Maddə
Hüceyrə kütləsində
qatılığı %-lə
Orta molekul
kütləsi
Molekul sayının DNT
molekullarına nisbəti
Su
85
18
1,2
∙10
7
Zülallar
10
36
∙10
3
700
DNT
0,4
10
6
1,0
RNT
0,7
4
∙10
4
44
Lipidlər
2
700
7
∙10
3
Digər üzvi
birləşmələr
0,4
250
4
∙10
3
Mineral maddələr
1,5
55
6,8
∙10
4
downloaded from KitabYurdu.org
4
Hüceyrənin kimyəvi tərkibi onun növündən, funksional vəziyyətindən, canlı
orqanizmin növündən, yaşından və s. faktorlardan asılıdır.
Dostları ilə paylaş: |