11
HO
OH
OH
H
H
H
H
O
O
O
CH
2
OH
HOCH
2
CH
2
OH
β-d-fruktkoza
α-d-qlükoza
H
O
H
H
O
H
Saxarozada,
reaksiyadan göründüyü kimi, qlükoza
α, D-qlükopiranoza,
fruktoza isə
β-D-fruktofuranoza kimidir. Ona görə qamış şəkərinə 1,α, D-
qlükopirannozil- 2 β, D- fruktofuranozid də deyilir.
Qamış şəkəri (saxaroza) felinq mayesini reduksiya etmir,
reaksiya mənfi
nəticə verir. Çünki onun molekulunda sərbəst aldehid və keton qrupu yoxdur.
Saxarozanın tərkibində asimmetrik karbon atomları olduğundan optik
fəaldır.
Polyarizasiya müstəvisinin 66,5
0
sağa fırladır. Müxtəlif amillərin (ferment-
lər, turşular və s.) təsirindən parçalandıqda yenidən qlükoza və fruktozaya ayrılır,
invertləşmiş şəkər əmələ gəlir. Ona görə də polyarizasiya müstəvisini sağa
çevirmədən sola çevirmə daha qüvvətli olur. İnversiya fırlatma
istiqaməti dəyişmiş,
çevrilmiş deməkdir. Bu termin bəzən ümumiyyətlə, disaxaridlərin, trisaxaridlərin
(poliozaların) hidroliz olunaraq monosaxaridlərə çevrilməsini
ifadə etmək üçün
işlənir.
Saxaroza əsasən şəkər qamışından alınır. Sonuncuda saxarozanın miqdarı 14-
26%. Şəkər çuğundurunda isə 16-20% təşkil edir. Üzümdə saxaroza az: 0,2-1,5%
olur.
Saxaroza şəkər çuğundurundan da alınır. Bu isə ən çox Ukraynada,
Qırğızıstanda, İranda və s. ölkələrdə əkilir.
Dostları ilə paylaş: