3. Duzların mübadiləsi və bioloji rolu. Makroelementlər: Bütün canlıların
həyatında duzların da rolu az deyildir. Duzlar ən çox (təxminən 84%) insan və
heyvanların sümüklərində olur. Sümük toxumasının 85%-ni kalsium-fosfat, 10%-
ni isə kalsium-karbonat təşkil edir. Sümüklərdə 1,5% maqnezium-fosfat da vardır.
Küldə 0,3% kalsium-flüorid də olur.
Duzlar orqanizmdə buferli sistemlərin də (fosfat, karbonat buferləri və s.)
əmələ gəlməsində, osmos təzyiqinin yaranmasında iştirak edir.
Kalsiumun orqanizmdə miqdarı 2%-ə yaxın, maqnezium 0,05%, kalium
0,3%, natrium 0,15% və flüor 0,009% olur. Orqanizm duzları qida və içilən su ilə
qəbul edir. İnsan və heyvanların duzlara olan təlabatı onların yaşından, qidasından,
ilin fəslindən, fizioloji və patoloji halından və s. amillərdən asılıdır. İnsanın
sutkalıq təlabatı kalsiuma 0,7–0,8 q, fosfora 1,5–2 q, natriuma 4–8 q, kaliuma 2–3
q, xlora 2–4 q təşkil edir. Heyvanların diri çəkisinin hər 100 kq-na sutkada inəkdə
5 q, atda 35 q, qoyunda 3–10 q kalsium, müvafiq olaraq 2,5 q, 37 q və 1,5–5,5 q
fosfor tələb edilir. Bəzi duzlar (kalsium-karbonat, maqnezium-karbonat, kalsium-
fosfat, maqnezium-fosfat) suda pis həll olur. Pankreas şirəsi və öd onların sorulma-
sını asanlaşdırır.
Duzların orqanlarda paylanması müxtəlifdir. Kalsium, maqnezium və
fosforun duzları ən çox sümüklərdə, xörək duzu dəridə, dəmir qaraciyərdə toplanır.
Onlar sidiklə, tərlə (natrium xlorid) və nəcislə ifraz olunur. Civə, qurğuşun və
downloaded from KitabYurdu.org
171
bismut duzları yoğun bağırsağın selik qişası ilə ifraz edilir. Kalsium-fosfatlar isə
əsas sidiklə və qismən nəcislə ayrılır.
Natrium və kalium bədəndə fosfat, karbonat, xlorid, sulfat turşularının
duzları formasındadır. Bu elementlərin müəyyən hissəsi ionlaşmış halda, bir qismi
də zülallar, nuklein turşuları və başqa maddələrlə birləşmiş vəziyyətdədir.
Natrium bioloji mayelərdə, kalium isə toxumalarda çoxdur. Məsələn, qan
zərdabında natrium 335 mq%, kalium 20 mq%, əzələlərdə isə natrium 38 mq% və
kalium 320 mq%-dir. Kaliumun 95%-dən çoxu eritrositlərdədir. Bu elementlər
osmos təzyiqinin yaranmasında (xüsusilə natrium), buferli məhlulların əmələ gəl-
məsində, ayrı-ayrı orqanların (sinir sistemi, ürək, əzələlər, damarlar və s.) fəaliyyə-
tində iştirak edir. Natrium əzələlərin oyanmasını artırır, kalium isə əksinə ləngidir.
Qidada natrium az olanda insan və heyvanlarda adinomiya xəstəliyi baş
verir.
Kalsium ən çox (97%) fosfat və karbonat turşusunun duzları şəklində sümük
toxumasında rast gəlinir. Qalan orqan və toxumalarda ion şəklində, yaxud
zülallarda (məsələn, kazeinlə) birləşmiş haldadır.
Kalsium sinir oyanmalarını, toxuma zülallarının su ilə birləşmək qabiliyyə-
tini, hüceyrələrin sızma xüsusiyyətini (keçriciliyini) azaldır, qanın laxtalanmasında
iştirak edir, ürəyin fəaliyyətini artırır. Fermentlərin fəallığına da təsir göstərir.
Lesitinazanı fəallaşdırır, dipeptidazaların fəallığını azaldır.
Kalsium 25–35% sidiklə, 65–75% isə nəcislə ifraz olunur.
Maqnezium hüceyrədaxili kationdur. Mitoxondriyalarda oksidləşməklə
fosforlaşmanı sürətləndirir. Nüvədə və ribosomlarda zülallarla və nuklein turşuları
ilə birləşmiş halda olur. O, ADF və ATF-lə komplekslər əmələ gətirməklə onları
fəallaşdırır. Bu da pirofosfat qrupunun ikivalentli kationlarla birləşmək qabiliyyəti
və hüceyrələrdə maqnezium ionunun qatılığının çoxluğu ilə əlaqədardır. Kalsium
və maqnizium mübadilə proseslərində bir-birinin antoqanistidir. Maqnizium çox
qəbul edildikdə, o kalsiumu zülalların və mineral birləşmələrin tərkibindən sıxışdı-
rıb çıxarır. Onun artıq miqdarı böyrəklər vasitəsilə orqanizmdən xaric olunur.
Mg
2+
O
-
-
O O
│ │ │
Mg ATF
2-
Adenin-riboza
─O─P─O─P─O─P─O
-
║ ║
O O
O O
║ ║
Mg ADF
-
Adenin-riboza
─O─P──O──P─O
-
│ │
-
O─Mg
2+
─O-
downloaded from KitabYurdu.org
172
Maqnezium ionunun ATF-lə kompleks əmələ gətirmək qabiliyyəti ADF-ə
nisbətən 10 dəfə çoxdur. ATF isə MgATF
2-
kompleksi şəklində daha fəal olmaqla,
fermentativ reaksiyalarda fosfatın donoru rolunu oynayır. Maqnezium ionu
mübadilə proseslərində vacib biostimulyatordur, zülalların biosintezində, irsiyyətlə
əlaqədar çevrilmələrin nizamlanmasında, əzələlərin qısalmasında, bir sıra
fermentlərin (fosfataza, peptidaza, karboksilaza və s.) fəallaşmasında iştirak edir.
Maqneziumun 70%-ə yaxını fosfatlar və karbonatlar şəklində sümük toxu-
masındadır.
Fosfor fosfat turşusunun duzları şəklindədir. O, bəzi zülalların (fosfoproteid-
lər), lipidlərin (fosfatidlər), karbohidratların törəmələrinin (monosaxaridlərin fosfat
efirləri), nukleotidlərin (nukleozidfosfatlar) və s. birləşmələrin də tərkibinə daxil
olur.
Mübadilə proseslərdə: zülalların, karbohidratların, yağların parçalanmasında
fosforun rolu çox böyükdür.
Fosfat turşusu bir sıra kofermentlərin də tərkib hissələrindən biridir. O,
kalsiumla birlikdə sümük toxumasının əsasını təşkil edir. Bədəndəki fosforun
87%-i sümük toxumasındadır. Bunların yəni fosfor və kaliumun mübadiləsi
pozulduqda tetaniya, raxit və osteomalyasiya xəstəliyi baş verir.
Kükürd əsas üzvi birləşmələrin: bəzi aminturşularının, peptidlərin
(qlütation), zülalların, hormonların və fermentlərin tərkibində olur.
Kükürd bəzi vitaminlərdə də (tiamin, biotin) vardır. Bunlarda kükürd reduk-
siyalaşmış formada: hidrogen-sulfidin qalığı şəklindədir. Kükürd sulfhidril qrupu
şəklində oksidləşmə-reduksiya reaksiyalarında mühüm rol oynayır. Lakin mukopo-
lisaxaridlərdə kükürd oksidləşmiş formada, sulfat turşusunun qalığı şəklindədir.
Kükürd ən çox tükdə (yunda), buynuzda, dırnaqda və lələkdə olur. Onun
qeyri-üzvi birləşmələrinin çoxu (60%-ə yaxını) dəridə toplanır.
Kükürd orqanizmdə əmələ gələn bir sıra zərərli maddələrin (fenol, krezol,
indol, skatol və s.) sulfat turşusunun efirləri şəklində zərərsizləşməsində mühüm
rol oynayır. O, orqanizmə zülallarla daxil olur. Onun çox hissəsi (60–70%) sidiklə
sulfatlar (natrium-sulfat, kalium-sulfat, ammonium-sulfat, kalsium-sulfat, maqne-
zium-sulfat), az qismi isə sulfat turşusunun efirləri (fenol-kükürd, indoksilkükürd,
krezolkükürd turşuları və s.) şəklində ifraz olunur.
Dəmir ən çox (60–70%) porfirinin törəmələrində (hemoqlobin, mioqlobin),
katalazada, peroksidaza və sitoxromlarda olur, zülal komplekslərində isə nisbətən
azdır. Qan plazmasında beta-qlobulinlərlə birləşərək transferrin əmələ gətirir.
Dəmir orqanizmdə baş verən oksidləşmə-reduksiya proseslərində, immuno-
bioloji reaksiyalarda, boy artımı və qanyaranma proseslərində aktiv iştirak edir.
Dəmir mübadiləsi qan zərdabında dəmirin daşıyıcısı rolu oynayan ixtisaslaşmış
zülali maddə-siderofillin vasitəsilə həyata keçirilir.
downloaded from KitabYurdu.org
173
Dəmir zülal komplekslərindən ən çox (quru çəkiyə görə 17–25%) ferritində
olur. Bu da əsas qaraciyərdə və dalaqdadır.
Xlor bütün toxumalarda və bioloji mayelərdə ion halındadır. Bu ən çox
mədə şirəsində xlorid turşusunun tərkibində, qan plazmasında, xörək duzunda
mövcuddur. Bioloji mayelərdə osmos təzyiqinin yaranmasında xlorun da rolu
böyükdür. Qanın osmos təzyiqinin 65–70%-i xloridlərlə əlaqədardır.
Flüor sümüklərdə, dişlərdə kalsium-flüorid şəklindədir. Bunun artıqlığından
dişlərdə ləkə əmələ gəlir. Bu da xallı emal adlanır. Flüorid az olanda isə dişin
emalı sərtliyini itirir.
Dostları ilə paylaş: |