180
alınan enerji nukleoziddifosfatların və nukleozidtrifosfatların
sintezi üçün əsas
enerji mənbələrindən biridir.
5. Karbohidratların və zülalların mübadiləsi arasında əlaqə: Karbohidrat-
ların dixotomik parçalanmasından əmələ gələn piroüzüm turşusu zülalların
biosintezində mühüm rol oynayır. Piroüzüm turşusu aminləşmə yolu ilə alaninə
çevrilir. Həmçinin piroüzüm turşusunun karboksilləşməsindən quzuqulağı
sirkə
turşusu alınır ki, bu maddədən asparagin turşusu əmələ gəlir. Piroüzüm turşusunun
Krebs siklinə qoşulması
α-ketoqlutar turşusunun sintezi baş verir. Axırıncının
aminləşməsindən isə qlutamin turşusu sintez olunur. Piroüzüm turşusunun başqa
yollarla çevrilmələrindən
valin və leysin əmələ gəlir, quzuqulağı sirkə turşu-
sundan treonin,
izoleysin və lizin,
α-ketoqlutar turşusundan prolin,
arginin əmələ
gəlir. Karbohidratların apotomik parçalanma məhsullarından fenilalanin, tirozin,
histidin alınır.
Demək olar ki, karbohidratların parçalanmasının aralıq məhsullarından
alınan aralıq maddələrdən bir çox zülal aminturşuları alınır ki, onlardan da zülallar
sintez olunur.
Bu əlaqənin digər forması karbohidratların parçalanmasından alınan ATF
molekullarının zülalların biosintezində enerji cəhətdən əsas rol oynamasındadır.
6. Zülalların və lipidlərin mübadiləsi arasında əlaqə: Lipidlərin parçalan-
masından alınan maddələrin də bəziləri aminturşuların
biosintezi üçün əsas
mənbədir. Lipidlərin hidrolizindən alınan yağ turşularının
β-oksidləşmə məhsulla-
rından ayrılan enerji ATF-də toplanır ki, bu enerjidən zülalların biosintezində
istifadə olunur. Triqliseridlərin və digər lipidlərin parçalanma məhsullarını
Krebs
siklinə qoşan və həmçinin aktivləşdirən asetil-KoA molekuludur. Bu maddə
dikarbon və trikarbon siklinə qoşulmaqla
α-ketoqlutar və oksalat-sirkə turşusunun
sintezini təmin edir, piroüzüm turşusunu karboksizləşdirir. Həmin ketoturşulardan
da aminturşular sintez olunur. Zülalların tərkibində rast gəlinən aminturşuların
çoxusu lipidlərin parçalanma məhsullarından sintez olunur.
downloaded from KitabYurdu.org
181
Həmçinin lipidlərin sintezi zülalların parçalanma məhsullarının hesabına
baş verə bilər. Belə ki, aminturşuların çevrilməsindən
piroüzüm turşusu onun da
oksidləşərək karboksizləşməsindən asetil-KoA alınır. Sonuncu alınan asetil-KoA
molekulu isə ali yağ turşularının və lipidlərin digər
komponentlərinin sintezində
başlıca rol oynayır.
Dostları ilə paylaş: